SƏNAYE

SOCAR İsveçrədəki ofisini bağladı
25 MAY
320

SOCAR İsveçrədəki ofisini bağladı

2016-05-25 10:41:00

Dövlət Neft Şirkəti (SOCAR) İsveçrənin paytaxtı Cenevrədəki ofisini bağlayıb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Əkrəm Zeynallı məlumat verib. 

"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.

Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: "Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şrikətə çevrilib və müştərilər ondan razıdır".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272