SƏNAYE

Azərbaycan neftdən itirdiyini pambıqdan qazanacaq
30 APREL
471

Azərbaycan neftdən itirdiyini pambıqdan qazanacaq

2016-04-30 10:18:00

Bu il Azərbaycanda ötən illə müqayisədə 3 dəfə çox pambıq istehsal ediləcək. Fins.az xəbər verir ki, bu açıqlama ilə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı bu barədə Ağsu rayonuna səfəri zamanı danışıb.

“Sovet dövründə Ağsu rayonunda 5 min hektar ərazidə pambıq əkilirdi. Bu il 1000 hektardan çox əkiləcək. Əminəm ki, gələn il siz Sovet dövründəki səviyyəyə çatacaqsınız. Bu, yerli istehsal, iş yerləri deməkdir. İnsanlar yaxşı pul qazanacaqlar və biz ixracyönümlü məhsul əldə edəcəyik”.

İlham Əliyev qeyd edib ki, 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq istehsal olunub. Bu il bu rəqəmin azı 100 min ton təşkil edəcəyi gözlənilir: “Bu il 50 min hektarda pambıq əkiləcək. Əkin başlayıb və biz ən azı 100 min ton məhsul gözləyirik. Yəni, keçən ildən fərqli olaraq 3 dəfə çox”.

Onun sözlərinə görə, Azərbaycan neft ixracından əldə etdiyi gəlirləri tədricən pambıq ixracı ilə əvəz etmək niyyətindədir: “İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272