SƏNAYE

Azərbaycanda enerji haqqı ilə bağlı proqnoz açıqlandı
29 APREL
242

Azərbaycanda enerji haqqı ilə bağlı proqnoz açıqlandı

2016-04-29 17:32:00

Standard & Poor's – beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanda elektrik enerjisi tariflərinin artacağını gözləmir. Fins.az-ın məlumatına görə, qurumun yaydığı açıqlamada deyilir ki, “Azərenerji” ASC-nin hökumət üçün rolu dəyişməz olaraq qalır və bu qurum dövlət dəstəyi olmadan aldığı borclara xidmətlə bağlı çətinliklər yaşaya bilər.

“Biz düşünmürük ki, hökumət elektrik enerjisi tariflərini artımına gedəcək, çünki bu addım sosial problemlərə səbəb ola bilər. Amma biz eyni zamanda təklif edirik ki, “Azərenerji”yə başqa formada dəstək verilsin, məsələn, bu qurumun borcları ödənilsin, vergi öhdəlikləri silinsin”.

Agentliyin ekspertləri hesab edirlər ki, Azərbaycan iqtisadiyyatının inkişafı ölkəni etibarlı və sərfəli elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272