SƏNAYE

Azərbaycanda Belarus aqromobilləri istehsal oluna bilər
28 APREL
281

Azərbaycanda Belarus aqromobilləri istehsal oluna bilər

2016-04-28 08:20:00

Azərbaycan Belarus Milli Texniki Universitetinin hazırladığı aqromobil layihəsi ilə maraqlanır. Fins.az xəbər verir ki, bu barədə sözügedən ölkənin Elm və Texnologiyalar üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan Aleksandr Şumilin məlumat verib.

Layihə 3-6 may tarixlərində Minskdə keçiriləcək Belarus Sənaye Forumunda təqdim olunacaq.

Aqromobil bu funksiyaları birləşdirir: xizəkli-tırtıllı avtomobil; yığcam nəqliyyat vasitəsi; yığcam traktor.

O qeyd edib ki, bu layihə artıq Azərbaycan, Qazaxıstan və Türkmənistanda diqqət cəlb edib. Ona görə də forumun gedişatında bilavasitə xüsusi olaraq bu aqromobillərin quraşdırılması və istehsalı üçün yaradılacaq yer müəyyən ediləcək.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275