SƏNAYE

SOCAR-ın borcu 6 milyard dolları ötüb
27 APREL
315

SOCAR-ın borcu 6 milyard dolları ötüb

2016-04-27 19:49:00

SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. Fins.az-ın məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bura həm xarici, həm daxili borclar aiddir.S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272