SƏNAYE

Azərbaycan şirkəti ərəblərə qoyun əti satmağa çalışır
26 APREL
244

Azərbaycan şirkəti ərəblərə qoyun əti satmağa çalışır

2016-04-26 18:58:00

Azərbaycanın ət və ət məhsulları istehsalçısı “Səhliyalı” şirkəti ixrac coğrafiyasını genişləndirəcək.

Fins.az xəbər verir ki, müəssisənin rəhbəri İlham Bəşirov isə qeyd edib ki, hazırda məhsullarını Gürcüstan və Özbəkistan bazarına çıxardırlar:

“Gələcək planlarımızdan biri də Rusiya bazarına çıxış əldə etməkdir. Bazarın tələbatına uyğun da məhsullarımız Rusiya bazarına satışa çıxarılacaq. Amma hələ ki, konkret say demək mümkün deyil”.

İ.Bəşirov onu da əlavə edib ki, ərəblərə qoyun ətinin satılması ilə bağlı danışıqlar aparılacaq:

“Bu gün biz istixanalarda pomidor və xiyar yetişdiririk və onları Rusiya bazarına çıxarırıq. Biz istəyirik ki, zavodun istehsal etdiyi kobasa və süd məhsulları da onların arasında yer alsın.

Bununla yanaşı, Dubay və Misirə qoyun ətinin satılması ilə bağlı da ərəblər ilə danışıqlar aparılacaq”, - deyə zavodun rəhbəri əlavə edib. 

Mənbə: Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274