SƏNAYE

Azərbaycanın satdığı mənfəət neftinin həcmi - AÇIQLANDI
25 APREL
419

Azərbaycanın satdığı mənfəət neftinin həcmi - AÇIQLANDI

2016-04-25 12:17:00

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" yataqlar blokunun 91 hasilat quyusundan gündə 90 min tondan çox neft və 36 milyon kubmetr təbii qaz hasil olunur. İşləmənin əvvəlindən yataqlar blokundan indiyədək ümumilikdə 393 milyon ton neft və 118 milyard kubmetr qaz hasil edilib. Fins.az xəbər verir ki, bu barədə bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

Onun sözlərinə görə, 2016-cı il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 218 mln. ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin ilk üç ayı ərzində AÇG-dən hasil edilmiş 8 mln. ton neftin 5,3 milyon tonu, yəni 66%-i Azərbaycanın mənfəət neftinin payına düşüb".

SOCAR rəsmisi qeyd edib ki, mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il aprelin 1-dək 406,4 milyon ton neft daşınıb. Bunun 299 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib: "Ötən müddətdə Bakı-Supsa kəməri ilə 76 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 11 milyon ton, dəmir yolu ilə 21 milyon ton neft ixrac edilib".

Onun sözlərinə görə, BTC kəmərinin illik buraxılış gücü 50 milyon tondur və bunun gələcəkdə 60 milyon tona çatdırılması nəzərdə tutulur.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275