SƏNAYE

Azərbaycanla İran arasında elektrik stansiyası hazırdır
25 APREL
363

Azərbaycanla İran arasında elektrik stansiyası hazırdır

2016-04-25 11:08:00

Son iki ay ərzində İran Xudafərin su elektrik stansiyasının istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz çayı üzərində bəndin tikintisini praktik olaraq bitirib.

Bu barədə müsahibəsində İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.

Nazirin sözlərinə görə, "Xudafərin" layihəsinin reallaşdırması çox illər texniki və siyasi problemlərə görə ləngimələrlə rastlaşırdı, amma Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərindən sonra və sazişin imzalanmasından sonra İran bu istiqamətdə işləri sürətləndirdi.

Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş 2016-cı ilin fevralında imzalanıb.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270