SƏNAYE

ABŞ ilk dəfə Avropaya təbii qaz göndərib
23 APREL
313

ABŞ ilk dəfə Avropaya təbii qaz göndərib

2016-04-23 14:24:00

ABŞ-ın təbii qaz istehsalçıları Avropaya mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) satmağa başlayıb.

Fins.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, mayeləşdirilmiş təbii qazı daşıyan ilk tanker ABŞ-ın Luiziana ştatından Portuqaliyaya yola düşüb.

Qeyd edək ki, ABŞ mayeləşdirilmiş təbii qazın ixracına bu ilin fevralından başlayıb və “Cheniere Energy” şirkəti öz LNG-sini Braziliyaya satıb. “Cheniere Energy” daha sonra bir neçə Avropa istehlakçısı ilə uzunmüddətli müqavilələr imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272