SƏNAYE

Azərbaycan neft hasilatını donduracaq - RUSİYA MƏTBUATI
14 APREL
335

Azərbaycan neft hasilatını donduracaq - RUSİYA MƏTBUATI

2016-04-14 08:22:00

Azərbaycan neft hasilatınının dondurulması ilə bağlı təşəbbüsə qoşulacaq. Fins.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin toplantısında Azərbaycan Rusiya tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulacaq.

Xatırladaq ki, ötən gün Rusiyanın energetika naziri Aleksandr Novak Dohada keçiriləcək toplantıdan əvvəl görüşmək məqsədilə azərbaycanlı həmkarı Natiq Əliyevə zəng edib.

A. Novak dünya bazarında neftin qiymətinə dəstək məqsədilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair səslənən təklifi və toplantı zamanı qəbul ediləcək qərarla bağlı Azərbaycan və Rusiyanın mövqeyinin öyrənilməsi məqsədilə məsləhətləşmələrin vacibliyini qeyd edərək, belə bir görüşün keçirilməsini xahiş edib.

Qeyd edək ki, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi Azərbaycan kimi milli iqtisadiyyatında neft həlledici rol oynayan Rusiyanın a maraqlarına uyğun deyil. Odur ki, neft hasilatçıları Doha görüşündən vəziyyətin müsbətə doğru dəyişməsinə təkan verəcək qərar gözləyirlər. Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri N. Əliyev təmsil edəcək. Son məlumatlara görə, OPEC-in iclasına, ümumilikdə, 18 ölkə qatılacaq. Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib.

Xatırladaq ki, növbəti iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275