SƏNAYE

SOCAR-ın tikdiyi zavod 7-8 ildən sonra mənfəətə çıxacaq
12 APREL
506

SOCAR-ın tikdiyi zavod 7-8 ildən sonra mənfəətə çıxacaq

2016-04-12 14:36:00

Koreyanın "EXIM Bank"ının nümayəndələri karbamid zavodunun tikintisi üçün Dövlət Neft Şirkətinə (SOCAR) uzunmüddətli kredit ayrılmasını müzakirə etmək məqsədilə iki həftə ərzində Azərbaycana gələcəklər. Fins.az-ın məlumatına görə, bunu zavodun direktoru Xəyal Cəfərov deyib: “Biz kredit üçün dövlət təminatını almaq məqsədilə hökumətə müraciət etdik. Danışıqlar prosesi 3-4 ay vaxt aparacaq".

X.Cəfərov bildirib ki, karbamid zavodunun tikintisi layihəsinin ümumi dəyəri artıq layihə üçün cəlb edilmiş 150 milyon avro, vergilər, eləcə də kənar infrastruktur layihələri nəzərə alınmaqla 910-920 milyon avro təşkil edəcək. Bura vergilərin ödənişi üçün 200 milyon avro da daxildir.

O, əlavə edib ki, üçüncü rübün sonu, dördüncü rübün əvvəlinə zavodun tikintisi başa çatacaq: "Zavodun xarici infrastrukturun yaradılması nəzərə alınmaqla 2018-ci ilin əvvəlinə istismara verilməsi planlaşdırılır".

SOCAR-ın karbamid zavodu işə salındıqdan 7-8 il sonra mənfəət əldə etməyə başlayacaq.

Mənbə: “Trend”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272