ANALİTİKA

2019-cu ildə ərzaq məhsulların qiymətləri BAHALAŞACAQ?
14 DEKABR 2018
522

2019-cu ildə ərzaq məhsulların qiymətləri BAHALAŞACAQ?

2018-12-14 10:30:00

2018-ci ilin yanvar-noyabrı ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,3%, o cümlədən, ərzaq məhsullarının 1,9 % artıb.

Bu barədə Fins.az-a iqtisadiyyat üzrə ekspert Pərviz Heydərov deyib.

Noyabrda oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,6%, o cümlədən, ərzaq məhsulları 1,2 % bahalaşıb. 2018-ci ildə istehlak və xidmət qiymətlərinin aşağı səviyyədə, yəni birrəqəmli olacağı hökumətə qabaqcadan bəlli idi. Odur ki, proqnoz birrəqəmli həddə götürülmüşdü. Amma hökumətin gözlədiyi səviyyə 6% civarında idi. Real olaraq isə belə görünür, qiymətlərin artım səviyyəsi və ümumiyyətlə, istehlak qiymətləri indeksi bundan da aşağı olacaq.

Xatırladım ki, keçən ildəki 12,9% inflyasiyada ərzağın bahalaşmasının rolu çox idi. Bu il isə ərzağın bahalaşması tempi aşağı həddə davam etdi. Bu, həm daxili istehsalın sayəsində, həm də dünya bazarlarında anoloji bahalaşmanın baş verməməsi hesabına əldə olundu. Ümumiyyətlə, inflyasiyaya təzyiq elementləri sırasında ərzaq məhsullarının qiymətlərinin nəzarətdə saxlanılması həmişə tələb olunan məsələdir. Və bu, Azərbaycan hökuməti üçün daim bir nömrəli problem sayılmaqdadır. Bunun ən böyük şərti yerli istehsalın artmasıdır. Çünki başqa yolla daxili ərzaq bazarında qiymətləri sabit saxlamaq əsla mümkün deyil. Ərzaq məhsullarının qiymətləri sarıdan inflyasiyaya təzyiq imkanlarını minimuma endirmək üçün hələ çox yol getmək tələb olunur. Belə ki, idxal olunan ərzaq məhsulları daxili bazardan sıxışdırılıb çıxarılmalıdır ki, ilk növbədə bahalaşmaya meylin, yəni inflyasiyaya təzyiqin qarşısı alınsın və üstəlik, kənara da ucuz ixrac həyata keçirtmək müəssər olsun. Hesab edirəm ki, gələn il ərzində ərzaq sarıdan daxili istehlak bazarında ciddi bahalaşma olmayacaq. Düzdür, bir sıra məhsulların qiymətlərində bahalılıq müşahidə ediləcək. Ancaq dünyada ərzaq sarıdan qiymət yüksəlişi olmasa, bu, baş verməyəcək. Yalnız, mövsümi amillərin qiymətlərə təsir mümkündür. Ən çox hissolunacaq bahalaşma İlin ilk 3 ayı əzində nəzərə alınacaq.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256