ANALİTİKA

Bitcoin niyə kəskin şəkildə ucuzlaşır?
26 NOYABR
117

Bitcoin niyə kəskin şəkildə ucuzlaşır?

2018-11-26 14:57:00

Fins.az-ın məlumatına görə Bitcoin-in ucuzlaşması həftə sonu əməliyyatlarla daha da sərtləşərək  2018-ci ildəki çöküşü noyabr ayının kripto valyuta bazarında bütün zamanların ən pis ayı kimi qeydə alınmasına səbəb olub. Sadəcə olaraq 10 il öncə yaradılan rəqəmsal pul Bitcoin bazar günün Bitstamp qiymətlərinə görə 3.475 dollar geriləyib. Bitcoin bazar ertəsi günü 3.973.02 dollar ilə ötən ilin dekabr ayında yüksəldiyi zirvədən təxminən 75%-dən aşağı nəticə göstərib. Bitcoinin dekabrdan indiyə qədər olan müddərtdə dəyər itirməsi ilə  2011-ci ildəki 93% və 2013-2015-ci illərdəki Tokyo Mərkəzi kripto valyuta birjası MT.Gox-un çöküşü əsnasında ucuzlaşdığı 84%-lik aşağı düşmə limitinə yaxınlaşıb. Dollara nisbətdə bitcoinin dəyərdən düşməsi isə daha çox olub. Belə ki, oinMarketCap.com tərəfindən  aparılan araşdırma nəticəsində məlum olub ki, rəqəmsal valyutaların dəyəri 700milyard dollardan daha çox aşağı düşüb. Bitcoinin belə kəskin ucuzlaşmasına baxmayaraq sərmaye qurumları gələcəkdə bitcoinlə bağlı tələbin artacağını proqnozlaşdırır.Bununla yanaşı böyük fondların idarəçiləriinin çoxu platformanın etibarlılığı,birja manipulyasiyası və requlyasiya ilə bağlı risklərlə əlaqədar həyacanın təsiri ilə rəqəmsal valyutadan uzaq dururlar. Hon Kongda yerləşən kripto valyuta diler şirkəti OSL-dən Ryan Rabaglia deyib “Satışla bağlı başlanğıcda az sayda iştrakçı ilə gerçək bazarı test edirik ” fikirlərinin davamında o, rəqəmsal valyutanın konkret olaraq Bitcoin-nin ucuzlaşmaması üçün sərmayədar qurumların birjaya qatılmasına ehtiyac olduğunu ifadə edib.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256