ANALİTİKA

"Bir kəmər - bir yol”
22 OKTYABR
635

"Bir kəmər - bir yol”

2018-10-22 14:45:00

ABŞ - Çin: İki super güc arasındakı Soyuq Müharibə qaçılmazdır?

İnkişaf etməkdə olan ölkələrdə ABŞ və Çinin təsiri üçün mübarizə daha da intensivləşir.

Yüz il bundan əvvəl, V. Lenin, Birinci Dünya müharibəsinin səbəblərini ortaya qoyan, Kapitalizmin ən yüksək mərhələsi olan Emperyalizm (1916) əsərində emperyalizmin ənənəvi tərifini dərinləşdirmişdir. Onun fikrincə, XIX-XX dövründə böyük dövlətlərin (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və s.) emperyalist istəklərinə kəskinləşdi. Azad rəqabət kapitalizmi inhisar kapitalizmə çevrilməsi başladı. Ən böyük inhisarçılara milli bazarlar dar çərçivəyə çevrildi. Dünya əmtəə bazarları, xammal ehtiyatları və kapital sərmayələri üçün mübarizə daha da gücləndi.

XX əsrin əvvəllərində dünyanın ərazi bölgüsü tamamlanaraq, yenidən bölüşdürülməsi yalnız hərbi yollamümkün idi. Birinci Dünya müharibəsi başladı. Bu gün, o dövrün bəzi oxşarlıqlarını görürük. XX-ci əsrinəvvəllərində ABŞ və digər Qərb ölkələrinin monopoliyaları arasında sərt bir rəqabət var idi, bu gün ABŞ ilə Çin arasında sərt bir rəqabət görürük. XX-əsrdə Çin Britaniya, Amerika, Yapon imperializmi ilə mübarizə aparan bir ölkə idi. Bu gün Çinin özü böyük bir imperialist güc halına gəlib. Çin rəhbərliyi ölkədə "Çin xüsusiyyətləri ilə sosiallaşma"-nın qurulmasını deyir, əslində bu ideoloji örtük kimi görünür. Ölkədə “Çin xüsusiyyətli kapitalizm” yaradılıb, hansı ki, yerli bazar cox məhdud bazar hesab olunur. Bu gün hiss edilir ki, ABŞ və Çin arasındakı rəqabət ticarət müharibəsi ilə məhdudlaşmır. Çin inkişafı elə bir nöqtəyə çatıb ki, artıq birinci yerdə sərmayənin ixracı yer alır.

Son vaxtlar Çin sermayesinin ixracı idxalını üstələyib. Doğrudur, Çin “arzuolunmaz” sərmayənin axının idarəetməyə çalışır və bunu beynəlxalq mövqeyini möykəmləndirməyə yonəltmək istəyir.

Çin "Bir kəmər - bir yol" layihəsinin köməyi ilə super güclü dövlətə çevrilmək istəyir, bu layihə vasitəsi ilə dünyanın əksər dövlətlərinin iqtisadiyyatını nəzarət altına salmaq niyyətindədir. Layihənin mahiyyəti planetə nüfuz edən güclü nəqliyyat və logistika infrastrukturu yaratmaqdır.

Belə bir infrastruktur Çin mallarının, ideyalarının və mədəniyyətinin təbliğinə və nəqliyyat marşrutlarına bitişik bütün ölkələri birləşdirməyə imkan verəcəkdir.

Çin mətbuatı bu layihədə mümkün investisiyanın 4-8 trilyon dollara qədər olduğunu təxmin edir və mətbuatın verdiyi məlumata görə, təxminən 60 ölkə layihədə iştirakına razılıq verib.

Layihənin təşəbbüskarı hesab edir ki, "Bir kəmər - bir yol" layihəsi dünya əhalisinin 60% əhatə edəcək. Çin mətbuatına görə, Yaxın Şərqdəki layihəyə qoyulan investisiyalar artıq 300 milyard dolları aşıb. Vaşinqton stresslə Pekinin investisiya və maliyyə inkişafını izləyir. Vəziyyətdən narahat olan bir çox ABŞ rəsmiləri Amerika Birləşmiş Ştatlarının William & Mary College-də AidData laboratoriyasına istinad edirlər. Onlar ABŞ-ın Harvard və Almaniyadakı Heidelberg Universiteti ilə birgə həyata keçirirlər.

Tətqiqatçılar Çin tərəfindən investisiya edilən 4300 layihəni araşdırıblar, həmin layıhələr 140 ölkədə gerçəkləşdirilir. 2000-2014-cü illəri əhatə edən bu layihələr ümumi dəyəri 350 mlrd. dollar təşkil edir. 4 oktyabrda Hudson İnstitutunda çıxış edən ABŞ-ın vitse-prezidenti Maykl Pens Çindən gələn təhlükə barəsində çox danışdı. ABŞ-ın vitse-prezidentinin sözlərinə görə, Çinli "Bir kəmər - Bir Yolu" layihəsi digər ölkələri "borc tələləsinə" sala bilər, Çinin bu layihəsi geo-iqtisadi silahıdır.

Müəllif: Baş Redaktor Vuqar Bağırov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258