ANALİTİKA

Bakı neftin ucuzlaşmasından necə sığortalanıb? - RUSİYADAN ŞƏRH
18 OKTYABR
203

Bakı neftin ucuzlaşmasından necə sığortalanıb? - RUSİYADAN ŞƏRH

2018-10-18 16:02:00

Bakı neftin qiymətinin enişi dövrü ilə kifayət qədər yaxşı mübarizə apardı, baxmayaraq ki, devalvasiya, qiymət artımı və s. kimi narahatlıq da oldu. İndi neftin qiyməti artıb, ancaq arxayınlaşmaq olmaz. 

Bu fikirləri rusiyalı iqtisadi analitik, “Delovaya Rossiya” ictimai təşkilatının eksperti Dmitri Qolubovski deyib. 

Onun sözlərinə görə, neftin qiymətində indi “geosiyasi mükafat” yüksəkdir. Onun dəyəri çox yüksəkdir, çünki İran neftinin idxalının azalması qorxusu bazara təzyiq edir. Bundan başqa, İranın həm ABŞ, həm də İsraillə müharibə riski də bu təzyiqi artırır. 

“Üstəlik, buraya Venesuelada iqtisadiyyatın məhv olması ilə idxalın azalmasını, eləcə də, amerikalıların buraya müdaxiləsini və rejimin dəyişdirilməsini müzakirə etməsini də əlavə etmək olar”, - ekspert qeyd edib. 

Qolubovski əlavə edib ki, Tramp son vaxtlar neftin qiymətinin yüksək olmasından narazılığını bildirib və OPEC-dən, xüsusən də Səudiyyə Ərəbistanından neft idxalını artırmağı tələb edib. O hesab edir ki, son statistikaları nəzərə alsaq, ərəblərin Trampa qarşı çıxdıqlarını düşünmək olar.

“Bu, OPEC-in kvotasını pozmur, ancaq bu, o deməkdir ki, ərəblər İran və Venesuela kvotasını tuturlar. Beləliklə, hamının qorxduğu idxalın qıtlığı olmaya da bilər. ABŞ-da neft ehtiyatları yenidən artmağa başlayıb. Əgər bu tendensiya olsa, qiymət düşəcək. Hazırda bir bareli 85 dollar olan “Brent” markalı neft 55-60 dollara kimi ucuzlaşa bilər. 

Buna görə arxayınlaşmaq olmaz, əksinə, irəli getmək lazımdır. Azərbaycan plandan yüksək qazanc əldə etdikdə, bu pulları kənara qoymaq, onları düzgün şəkildə sərmayə etmək, misal üçün, Norveçdə olduğu kimi, daimi “təhlükəsizlik yastığı” yetişdirmək və pensiya sistemində stabillik yaratmaq lazımdır”, - müsahibimiz qeyd edib. 

Onun sözlərinə görə, vəsaitin bir hissəsini təhsilə və maliyyə sektorunun inkişafına yatırmaq olar. Azərbaycan kiçik ölkədir, bunun gücünə burada çoxşaxəli iqtisadiyyat yaratmaq mümkündür. 

“Fikrimcə, insan kapitalında fikirləri cəmləşdirmək lazımdır. Belə ki, ölkə vətəndaşları dünyada ən yaxşı yer tutmalı, qlobal iqtisadiyyatda işləməli və miqrasiya etməməlidirlər. 

Qlobal korporasiyalarda işləyə və vergini öz ölkənizə ödəyə bilərsiniz. Bundan başqa, təhsil, tibb, maliyyə sektoru yaxşı lokallaşdırılacaq. Baxın, fikrimcə, diqqətləri bu yöndə cəmləşdirmək lazımdır”, - Qolubovski deyib.

oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250