ANALİTİKA

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmədi? - ANALİTİKA
02 AVQUST
536

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmədi? - ANALİTİKA

2018-08-02 17:13:00

Bu gün Mərkəzi Bank faiz dərəcəsinin sabit, 10% dərəcəsində saxlanılması ilə bağlı qərar qəbul edib. Bütün makroiqtisadi göstəricilərin fonunda, yumşaq pul siyasəti çərçivəsində uçot dərəcəsini aşağı salınması və ya sabit saxlanılması qərarı gözlənilirdi və sabit saxlama qərarı verilib.

Qeyd edək ki, Mərkəzi Bank sonuncu dəfə 2018-ci ilin iyun ayında dəyişiklik etmiş, onu 11%-dən 10%-ə endirmiş, faiz dəhlizinin yuxarı və aşağı hədlərini isə ±2% diapazonda müəyyən edib. Faiz dəhlizinin endirilmə qərarı inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, tədiyyə balansında neft qiymətlərinin artması ilə artan profisitin valyuta bazarını dəstəkləməsi sayəsində Azərbaycan manatının mövqeyinin dollara qarşı möhkəmləməsi və bu səbəbdən də il sonuna qədər inflyasiya gözləntilərinin aşağı olması ilə bağlı idi.

İyun ayında olduğu kimi, fundamental makroiqtisadi göstəricilərdə ciddi dəyişikliyin olmaması, inflyasiya həddinin il sonuna kimi keçən ilə nisbətən disinflyasiya zonasına girməsi gözləntiləri, de-dollarlaşma və manatın üzərində təzyiqlərin azalması, dünya bazarlarında neft qiymətlərinin 70 dollardan yuxarı ticarət olunması ilə bərabər Azərbaycan tədiyyə balansındakı pozitiv inkişaf gözləntiləri hələlik Mərkəzi Bankın uçot faizinin sabit saxlanılması qərarını dəstəkləyən faktorlardır.

Eyni zamanda bu qərarla banklarda mövcud olan ciddi manat likvidliyinə Depozit və Not hərracları vasitəsi ilə 8% həcmində faiz ödənilməsi ilə bankların gəlir əldə etmələrini dəstəkləməyə davam edəcəyi müşahidə olunur. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256