ANALİTİKA

Belaruslu professor: "Dünya neft bazarı 2035-ci ilədək artacaq" - ŞƏRH
30 İYUL
370

Belaruslu professor: "Dünya neft bazarı 2035-ci ilədək artacaq" - ŞƏRH

2018-07-30 18:46:00

 "Çin, Hindistan və digər yüksək sürətlə inkişaf etməkdə olan ölkələrin sayəsində dünya neft bazarı azı 2035-ci ilədək artacaq".

Bunu Belarus Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dekan, professor Mixail Kovalyov deyib. "Neftin 65%-ni avtomobillər istehlak edirlər. Onların elektromobillərlə əvəz edilməsi proqramı isə neftə olan tələbin artmasının qarşısını alacaq. Artıq bu yerdə neft-kimya haqqında düşünmək vaxtıdır və bu da əməkdaşlığın bir sahəsidir. Deyirlər, daş dövrü daş bitdiyinə görə başa çatmayıb. Neft əsri də belə olacaq, amma bu, gələcək nəslin dövrünə düşəcək", - professor bildirib.

Neftin qiymətinin tənzimlənməsində OPEC-in rolundan danışan M.Kovalyov qeyd edib ki, bu təşəbbüs neftin qiymətini 2016-cı ildəki 30 dollar səviyyəsindən indiki 75 dollara qədər artırmaqla öz rolunu oynayıb: "Əminəm ki, artıq ABŞ-ın şist nefti və gələcək elektromobillər kimi bugünkü təhdidlər qarşısında ənənəvi OPEC ilə əməkdaşlıq yalnız güclənəcək". (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257