ANALİTİKA

Azərbaycan iqtisadiyyatı beş ildə nə qədər artacaq?
25 İYUL
352

Azərbaycan iqtisadiyyatı beş ildə nə qədər artacaq?

2018-07-25 15:29:00

Rusiyanın reytinq agentliyi AKRA Azərbaycanda 2023-cü ilədək ÜDM-nin artımının sürətlənərək 3,2% səviyyəsinə yüksələcəyini proqnozlaşdırır. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artım tempi 1,5%, 2019-cu ildə 2,1%, 2020-ci ildə 2,6%, 2021-ci ildə 2,9%, 2022-ci ildə 3,2% təşkil edəcək. 

Bildirilir ki, nominal ifadədə Azərbaycanın ÜDM-i 2022-ci ildə 102 mlrd. 8 mln. manat təşkil edəcək. Hansı ki, 2018-ci ildə bu rəqəmin 75 mlrd. 5 mln. manat olacağı gözlənilir:

“2016-cı ildəki ressesiyadan və 2017-ci ildəki durğunluqdan sonra bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3%-lik real artım nümayiş etdirib”.

Qeyd olunur ki, real sektorun maliyyələşdirilməsi hələ də yetərli deyil. Bu da ölkənin maliyyə infrastrukturundakı çətinliklərlə bağlıdır:

“Bu ilin birinci rübündə bank sisteminin kredit portfeli illik əsasda 27 faiz azalıb”. 

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2018-ci ildə ÜDM-in artımını 1,5% proqnozlaşdırır.  Ortamüddətli perspektivdə (2019-2021-ci illərdə) ÜDM-nin illik artımı 3% gözlənilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259