ANALİTİKA

Aİ ölkələrinin miqrantlar məsələsində razılığa gəlməsi avronu bahalaşdırır - ANALİTİKA
09 İYUL
387

Aİ ölkələrinin miqrantlar məsələsində razılığa gəlməsi avronu bahalaşdırır - ANALİTİKA

2018-07-09 11:36:00

İyunun 28-29-da Brüsseldə (Belçika) keçirilmiş Avropa İttifaqının (Aİ) növbəti sammitində Böyük Britaniyanın baş naziri Tereza Mey iştirak etsə də, görüşün əsas müzakirə mövzusu “Brexit” olmadı. Baxmayaraq ki, ötən həftə Britaniya kraliçası sənədi qanun halına salmışdı. Fins.az-ın məlumatına görə, “Report”un analitik qrupu xatırladır ki, görüşdə, əsasən, Afrika ölkələrindən və münaqişə bölgələrindən Avropaya köçən miqrantlar müzakirə olunub.

Statistikaya görə, 2015-ci ildən bəri Avropaya 400 000 məcburi köçkün gəlib. Bunun, təxminən, 10%-i 2018-ci ilin I yarısının payına düşür. Miqrantların məsələsi daha çox İtaliya və Maltanı narahat etsə də, nəhayət, Aİ-nin üzvü olan aparıcı dövlətlər birgə fəaliyyət göstərmək barədə ümumi razılıq əldə ediblər.

Maltanın baş naziri Cozef Muskat görüşdən sonrakı mətbuat konfransında bildirib: “Bizə əməli fəaliyyət, qərarlar lazım idi. Buna da nail olundu”. İtaliyanın baş naziri Cuzeppe Konte isə deyib ki, ölkəsi miqrant məsələsində tək deyil və Aİ-nın üzvləri onların yanındadır.

Beləliklə, Avropada yaranmış isti münasibətlər fonunda qitənin vahid valyutası – avronun ucuzlaşması dayanıb. Ötən həftənin sonu USD/EUR nisbəti 1,15 idisə, hazırda 1,16-nı keçərək 1,17-yə yaxınlaşıb. Bununla belə, ABŞ dollarının bahalaşması fonunda sözügedən nisbətin qısamüddətə 1,45-ə qədər düşəcəyi də istisna deyil. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255