ANALİTİKA

Sahibkarlar üçün "cənnət" yaradılır - ANALİTİKA
21 MAY
776

Sahibkarlar üçün "cənnət" yaradılır - ANALİTİKA

2018-05-21 11:37:00

Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Bu qanun layihəsi Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. 

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. 

Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi İngilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda, tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.

Azad Zona ərazisi dedikdə Azad Zonanın yaradılması və fəaliyyəti məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi nəzərdə tutulur.

Azad İqtisadi Zonaların yaradılmasında əsas məqsədlər aşağıdakılardır:

İqtisadi məqsədlər:

  •          Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması;
  •          Yüksək rentabelliyə malik istehsalın inkişafı üçün xarici və daxili investisiyaların cəlb edilməsi;
  •          İxrac məhsullarının genişləndirilməsi üçün BƏB-in üstünlüklərindən istifadə edilməsi;
  •          Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması

Sosial məqsədlər:

  •          İqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;
  •          İş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilmə-si;
  •          Yerli ixtisaslı fəhlələrin, mühəndislərin, iqtisadi və idarəetmə personalının təhsil və peşə təcrübələrinin artırılması;
  •          Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması.

Elmi-texniki məqsədlər:

  •          Ən yeni xarici və yerli texnologiyadan istifadə;
  •          İdarəetmənin yeni formalarının həyata keçirilməsi;
  •          Mühəndis-texniki mərkəzlərin təcrübi və elmi nailiyyətlərinin cəlb edilməsi;
  •          İstehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması      

Eləcə də bax: Yüksək gəlirli aqro şirkətlər - ANALİTİKA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256