ANALİTİKA

Antaliyaya aprel və ilk 4 aylıq dövrdə hansı ölkədən nə qədər turist gəldi?
08 MAY
747

Antaliyaya aprel və ilk 4 aylıq dövrdə hansı ölkədən nə qədər turist gəldi?

2018-05-08 11:03:00

Antaliyaya gələn turistlərin sayı xeyli artıb. Turizm.fins.az xəbər verir ki, aprel ayında Antaliyaya gələn turist sayı  37% ataraq 710 minə çatıb. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 100 min nəfər artıq olsada, 2014-ci ilin rəqəmlərindən isə 45 min nəfər azdı.

Ümumilikdə isə bu ilin yanvar-aprel aylarında Antaliyaya gələn turistlərin sayı  41% artaraq 1.2 milyona çatıb. Bu göstəricilərlə Antaliya, 2015-ci illə müqayisədə 4 min turist daha çox qəbul edib,  lakin 2014-ci illə müqayisədə 160 min nəfər azdı.

İlk 4 aylıq dövrdə Antaliyaya ən çox turist Almaniyadan gəlib (309 min nəfər). Rusiyadan gələn turistlərin sayı 296 min, İngiltərədən gələn turistlərin sayı isə 69 min nəfər olub. Antaliyaya gələn turist sayına görə növbəti yerləri 64 minlə Hollandiya, 41 minlə İsrail və 36 minlə İran tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267