ANALİTİKA

Nə üçün kriptovalyuta uzunmüddətli ideal investisiya alətidir?
04 MAY
451

Nə üçün kriptovalyuta uzunmüddətli ideal investisiya alətidir?

2018-05-04 13:52:00

Lunafi şirkətinin təsisçisi Evan Fransisin fikrincə kriptovalyutaya bu gün yatırılacaq investisiya gələcək üçün böyük gəlir deməkdir.

Kriptovalyuta olduqca gəlirli investisiya alətidir. Lakin bu sahə yaxın 5-6 ay ərzində gəlir götürmək niyyətində olan investorlar üçün deyil.

Qiymətlərin tez-tez artıb-azalması  qazanc əldə etmək üçün böyük imkanlar yaratsa da bu imkanlar sıradan investorlar üçün elə də yaxşı qazanc vasitəsi deyil. Lakin treyderlər üçün bu əla imkan sayılır.

Bu məqalədə investorlar üçün bir neçə tövsiyyələr təqdim edirik. İnvestorlar uzun müddətdən sonra yaxşı gəlir qazanmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə bu səhənin xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Bunun üçün sadəcə az da olsa bazarı analiz etmək lazımdır. Yalnız bundan sonra investisiya etmək məqsədə uyğun sayılır.

Evan Fransis: Mən bitcoinlə 2010-cı ildə tanış olmuşam və o vaxtdan bu yana bu kriptovalyutaya investisiya edirəm. Mən kriptovalyuta sahəsinə 100% lik gəlirlilik kimi baxıram. Lakin bir neçə qaydalar var ki, onlara əməl etmək lazımdır. Heç vaxt itirə biləcəyiniz məbləğdən çox investisiya etməyə cəhd etməyin. Daim gördüyünüz və eşitdiyiniz məsələlərə skeptik yanaşın.

Blokçein unikal potensiala malikdir

Son zamanlar blokçein texnologiyası böyük məşhurluq qazanıb. Hətta bir çox investorlar məhz blokçein texnologiyasına görə, kriptovalyuta alırlar. Bu texnologiya real işlər görür, hansı ki, əvvəllər bunu etmək olmurdu.  O mövcud alətləri transformer etməklə yanaşı yenilərini də yaradır. Blokçein texnologiyası nəticəsində inamlı qarşılqlı ödəniş mübadiləsini vasitəsiz etmək . Bundan başqa tranzaksiyaları saxtalaşdırmaq mümkün deyil.

Ağıllı pulları blokçeinə yatırırlar

Bir çox zəngin insanlar investisiyanı  blokçeyinə edirlər. Uinkloss qardaşlarına Gemini birjasında böyük həcmdə bitcoinə malikdirlər. Digər bir milyarder Tim Dreyperin 30 min bitcoini var. O bitcoinin işıqlı gələcəyinə inanır. Corc Soros, Mayk Novoqraç, Patrik Bin və digər ən zəngin insanlar elektorn pulların gələcəyinə inanaraq bu sahəyə investisiya yatırırlar.

Hazırda ABŞ fond bazarının kapitalı 30 trillion dollar, kriptovalyuta bazarının kapitalı isə  431 milyard dollar təşkil edir.

Kriptovalyuta ABŞ fond bazarının 10% təşkil edərsə nə baş verər?

Əgər ABŞ fond bazarının 10%-ni kriptovalyuta təşkil edərsə o zaman kriptovalyuta  kapitalı 3 trillion dollar təşkil edər. Əgər bitcoin 37% səviyyəsində qalarsa və bütün bitcoinlar istehsal olunarsa onda 37% göstərici ilə kapitalı 3 milyard dollar olacaq.

Kriptovalyuta qlobal olaraq ticarət olunur. Birjalar isə 24 saat işləyir. Ona görə kriptovalyutalar beynəlxalq bazardan və ölkələrin qəraralarından asılı olmur.

Həmçinin kriptovalyutalar pul saxlmaq üçün yaxşı saxlanc rolunu da oynaya bilər. Belə ki, 2015-ci ildə Yunanıstanda böhranı və ABŞ-da baş verən böhran nətiəsində insanların bankda olan pulları geri qayıtmadı.  Bu cür hadisələr isə kriptovalyuta da mümükün deyil. Çünki kriptovalyutaya açar yalnız sahibin özündə olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250