ANALİTİKA

Rusiya bazarında Azərbaycan Çini təqib edir - ANALİTİKA
05 MART
463

Rusiya bazarında Azərbaycan Çini təqib edir - ANALİTİKA

2018-03-05 16:06:00
Rusiyanın Federal Gömrük Xidmətinin hesablamalarına görə, 2017-ci ildə Rusiya ən çox Azərbaycandan pomidor alıb. Azərbaycan RF-yə pomidor ixracını 1,5 dəfə - 151 min tonadək (151 milyon dollar) artırıb. Belə olan halda, ölkənin Rusiya idxalının illik həcmində payı 30 faizədək (2016-cı ildə 22 faiz) artıb.
Azərbaycanda yetişdirilən pomidorun da 99,8 faizi Rusiya bazarlarına göndərilib.
Rusiya Dövlət Statistika Agentliyinin məlumatlarına görə, 2017-ci ildə Rusiyaya pomidor idxalı 11 faiz artaraq 516 min tona çatıb. Dekabr ayında Rusiyaya 57,9 min ton pomidor ixrac edilib. Bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 35 faiz çoxdur. 
Çin ixracatını 109 min ton (23 faiz) artıraraq ikinci ən böyük pomidor tədarükçüsüdür. 2016-cı ildə ilk sırada olan Mərakeş, pomidor tədarükçülərinin sıralamasında üçüncü sırada yer alıb. Bu ölkənin pomidor ixracı 97 min tona düşüb. Ötən il Belarus (70 min ton) və İran (9 min ton) da Rusiyanın 5 ən yaxşı pomidorla təmin edənlər siyahısına daxil olub.
Azərbaycandan 2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci olub.

Eləcə də bax: Qaxlı fermerlər tütün istehsalından 1,3 milyon manat gəlir əldə edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256