ANALİTİKA

Qiymət rəqabəti bütün iqtisadiyyatın qatilidir
09 FEVRAL
363

Qiymət rəqabəti bütün iqtisadiyyatın qatilidir

2018-02-09 16:13:00
Firmaların qazancları get-gedə azalır. Bunun səbəblərindən ən əhəmiyyətlisi istehlakçılardan və pərakəndəçilərdən gələn qiymət təzyiqidir. 
Bazardan gələn bu qiymət təzyiqi altında firmalar belə demək olarsa acı-acı inləməkdədir. Qiymətini zəruri olaraq salan və ya inflyasiya nisbətində artım edə bilməyən firmalar əvvəl məhsulların keyfiyyətlərini, sonra da firmalarının keyfiyyətlərini azaldaraq qazanclı qalmağa çalışmaqdadırlar. Qiymət endiriminə qiymət endirimiylə cavab verməkdən başqa ticari zəkası olmayan firmalar həm qazancsızlıq burulğanına tutulmaqda, həm də keyfiyyətsizləşən məhsul və xidmətlərinə görə müştərilərini rəqiblərə qapdırmaqdadırlar. Sonra da qaçılmaz olaraq ya müflisləşirlər ya da rəqiblərinə satılırlar. Qiymətləri endirmək əvəzinə qaldırmağı və beləcə daha çox qazanc əldə etməyi planlaşdıran firmalar isə innovasiyaya və markalaşmağa əhəmiyyət göstərməkdədirlər. Amma təəssüf ki, bu firmaların bəzilərini də bir müddət sonra qiymət endirimi olimpiadalarında görürük. Qiymət rəqabəti bütün iqtisadiyyatın qatilidir. Həm firmalara təsir edir, həm də zərər edən şirkətlərə görə vergi yığa bilməyən dövlətlərə təsir edir. İstehsalçılara ən böyük qiymət təzyiqi də pərakəndəçilərdən gəlir. Xüsusilə istehlakçıya "ən ucuz qiymət zəmanəti" təqdim etməyi bacarıq bilən hipermarketler rəflərindəki markaların istehsalçısı olan firmaları qazancsızlığa məhkum edirlər.
Qiymət rəqabəti böyük-kiçik bütün marketlərin gözünü o qədər kor etmişdir ki, öz qazanclarını da yox etmək bahasına belə rəqabət edirlər. Buna görə dünyada hipermarket və süpermarket zəncirləri tez-tez müflisləşir və ya əl dəyişdirir. Wallmart dünyanın ən böyük hipermarket zənciridir. 400 milyard dollardan çox illik dövriyyəsiylə bir çox ölkənin göstəricilərini keçə bilməkdədir. ABŞ-da aparılan bir araşdırmaya görə Wallmarta məhsul verən firmaların çoxunun qazanclı işləyə bilmədikləri və dövlətə vergi verə bilmədikləri müəyyən olunmuşdur. Wallmartla işləməzdən əvvəl qazanc və vergi verən bu firmaların pərakəndəçilərdən gələn qiymət təzyiqinə boyun əyərək qiymətləri aşağı endirmələri nəticəsində bu gün qazancsız və müflis vəziyyətə gəldikləri də müəyyən olunmuşdur. Böyük-kiçik marketlərin, ərzaq mağazalarının və biznesmenlərin cəmiyyətə faydası, istehlakçıların ehtiyac duyduğu məhsulları istehlakçının yanına gətirməsidir. İstehlakçıya düzgün atmosfer və yaxşı xidmət təqdim etməsi kifayət qədər olmalıdır. Qiymət rəqabətinə girməyinə ehtiyac qalmamalıdır. Rəqabəti xidmətdə göstərməli, fərqlilik və innovasiyalarla icra etməlidir. Əgər qiymət rəqabətinin təsiri altına düşən firmaların kamikadze hökmranlığına son verilməzsə və innovativ həllər çıxarılmazsa, dünya qazancsızlığın qovurucu təsiriylə xaosa yönələcək. 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277