ANALİTİKA

Mexanikləşdirmə məhsuldarlığı 15-20% artırır
07 FEVRAL
432

Mexanikləşdirmə məhsuldarlığı 15-20% artırır

2018-02-07 16:40:00

Kənd təsərrüfatının mexanikləşdirilməsinin xeyri nədir? Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın satışını və ona xidməti həyata keçirən “Sminagro” şirkətinin mütəxəssisləri bu suala cavabı tapmağa çalışıblar. Mütəxəssislər qeyd edir ki, maksimum gəlir əldə etmək üçün bazarın əsas tələbi olan zamanlamanı nəzərdən qaçırmaq olmaz. Yəni istehsal olunan məhsulun satışa hazır vəziyyətə gətirilməsi nə qədər tez başa gələrsə, onun satış qiyməti bir o qədər yüksək olacaq. Qonşu ölkələrdə kənd təsərrüfatı Azərbaycana nisbətən daha çox mexanikləşdiyindən və hətta avtomatlaşdırıldığından, zamanlama amilində bizim fermerlər bazarda uduzurlar. Bizim fermer yüksək keyfiyyətlə məhsul hasil etsə də, əkin, kultivasiya və yığım prosesi mexanikləşdirilmədiyindən, məhsulu bazara idxal olunan məhsullardan gec çıxır ki, bu da maya dəyərinin yuxarı, satış qiymətinin ucuz olmasına səbəb olur. Bu vəziyyətdən yeganə çıxış yolu kənd təsərrüfatının mexanikləşdirilməsidir. Bu sahədə dövlət bir sıra kompleks tədbirlər, o cümlədən kənd təsərrüfatının vergidən azad edilməsi, kənd təsərrüfatı təyinatlı maşın, mexanizm, gübrə və s. avadanlıqların gömrük rüsumundan, ƏDV-dən azad edilməsi, Aqrolizinq ASC vasitəsi ilə xidmətlərin və texnika, aqreqat və gübrə alışına güzəştlərin tətbiqini həyata keçirir.

Mütəxəssislər sarımsaq əkininin mexanikləşdirilməsinin fermerlərin gəlirlərinə təsirini araşdırıb. 10 ha sarımsağın əllə əkininə 25-30 gün vaxt sərf edilir. Nəticədə məhsul bütün sahə boyu müxtəlif dərəcədə inkişaf edir. 10 ha sahədə inkişaf səviyyəsi bir-birindən 1 ay fərqlənən olan bitkilər yetişir ki, bu da bitkiyə qulluğun səmərəliliyini azaldır. Müxtəlif inkişaf mərhələsində olan bitkilərin qulluğa tələbatı müxtəlif olduğundan gübrələmə, sulama və dərmanlama prosesi istənilən nəticəni vermir. Bu məhsuldarlığı 30%-ə qədər aşağı salan çox ciddi bir amildir. Məhsul nəhayət yığma hazır olanda, əllə 10 ha sarımsağı sahədən yığmaq üçün 25-30 gün vaxt lazım olur.

Mexanizmlə əkin və yığım daha yaxşı nəticələr verir. Bu halda əkin müddəti 25-30 gün əvəzinə 4-5 gün olacaq, məhsul əkini ortalama 20 gün tez başa çatacaq. Əkinə qulluq işləri də belə halda maksimuma yaxın nəticə verəcək, çünki sahədəki məhsulun inkişaf səviyyəsi eyni olacaq. Yığım prossesində də mexanizmlərdən istifadə edilməsi yığımın 4-5 günə başa çatması deməkdir. Beləliklə, əkin prossesində 20 gün, yığım prossesində 20 gün, cəmi mexanikləşmiş istehsal tələb 40 gün tələb edir. Statistika göstərir ki, 1 ay bazara tez çıxan sarımsaq ortalama 1-2 manat baha satılır. Hətta bu rəqəmi 50 qəpik götürsək də 10 ha sahədən əldə edilən 100 000 kq (ortalama 10 t/ha) məhsulun bazara 1 ay tez çıxarılmasından yaranan qiymət fərqi 50 000 AZN təşkil edir. Mexanikləşdirmənin fermerə verdiyi əlavə gəlir təkcə bazara çıxmada zaman fərqindən yaranan gəlir deyil. Mexanikləşdirmə sarımsaq becərilməsində məhsuldarlığın 15-20% artımına səbəb olur ki, bu da 10 ha sahə üçün əlavə 52 000-55 000 AZN gəlir deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271