ANALİTİKA

2018-2020-ci illərdə bank sektorunda risklər - II HİSSƏ
05 FEVRAL
684

2018-2020-ci illərdə bank sektorunda risklər - II HİSSƏ

2018-02-05 01:36:00

Böhranla bağlı araşdırdığımız məsələdən gəldiyimiz bir neçə nəticədən də biri budur:Hansı böhranda yoluxuculuq riskləri çoxdursa, ö böhranın mənfi təsirləri və zərərləri bir o qədər dərin və əhatəlidir. Burada önəmli məsələ yoluxuculuğun başlandığı mənbə və yoluxdurduğu sektorları və ardıcıllığı düzgün diaqnozlaşdırmaqdır. Düzgün diaqnoz isə müalicənin yarısıdır. 2014-2016-cı illərdə ölkəmizdə də bu yoluxuculuq amili baş verdimi?Verdi. Neftin qiymətinin düşməsi qonşu ölkələrdə daxil olmaqla Azərbaycanda tədiyyə balansı pozuldu. Ölkələr devalvasiyaya getdi. Nəticədə əhalinin alıcılıq qabiliyyəti düşdü, biznes mühitində defolt hadisələri baş verdi,banklarda problemli kreditlərin həcmi artdı,nəticədə banklar öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdi. Depozitorlar banklardan vəsaitlərini çəkməyə başladı. Banklar 3 istiqamətdə (problemli kreditlərin artması,devalvasiyalar və depozitlərin çəkilməsi) risklərlə üzləşdilər. Bu risklərin yaratdığı daha təhlükəli risklər isə kapital,likvidlik və imic reputasiya riskləri oldu.Bo yoluxma zəncirini analiz etdikdə bankların böhranın günahgarı deyil,qurbanı olduğu bir daha aydın olur. Müsbət haldır ki,artıq bunula bağlı fikir ayrılıqları minimuma enmişdir. Əslində prinsipial məsələ günahkar və qurbanın kimin(neftin qiymətləri,real sektor,bank sektoru)olmasını müəyyənləşdirib nəyisə günahlandırmaq deyil. Bunun müəyyənləşdirilməsi daha effektiv tədbirlərin görülməsi ilə böhranın təsirini minimallaşdırmaq deməkdir. Böhranın təsirlərini minimallaşdırmağa,daha böyük təhlükələrin qarşısını almağa xidmət edən fərman və sərəncamlar oldu. Nəticədə də bir sıra problemlər öz həllini tapdı. Lakin,həllini gözləyən,növbəti illərdə həll olunmasa növbəti böhranlara yol aça bilən bir sıra risklər mövcuddur. Bunlar gözlənilən və gözlənilməyən, aşkar olaraq hamının gördüyü və gizli şəkildə olan görünməyən risklərdir.

Bu risklərə keçməzdən öncə qeyd edək ki,son 2 il ərzində formalaşmış bir çox yalnış fikirlər hazırda müsbətə doğru dəyişməkdədir. Banklar xarici valyutada kredit verməməlidir(xarici valyutada depozit qəbulu varsa valyuta mövqeyi səbəbindən xarici valyutada kredit vermək zəruri hala çevrilir),böhranın səbəbləri banklardır(yuxarıda bu məsələyə toxunduq ki, banklar səbəb yox,zərərçəkən olublar).banklara yardım etməyə ehtiyac yoxdur  və sair doğru olmayan fikirlər vaxt itkisinə səbəb oldu.

Dövlətin yardımları ilə bağlı kiçik bir haşiyə:Dünyada baş verən bütün böhranlar zamanı dövlətin maliyyə sektoruna yardımı və dəstəyi olmuşdur. 2 cür yardım var:1-ci si dotasiya və subsidiya şəklində birbaşa yardım, 2-ci si uzunmüddətli  güzəştli kreditlər verməklədolayısı ilə yardım. İkinci tip nyardım verilərkən müəyyən şərtlər də qoyula bilər. Məsələn dollar kreditlərinin manata hər iki tərəf üçün güzəştli kursla çevrilməsi, vəsaitlərin real sektora kredit şəklində verilməsi və sair. Onu da qeyd edək ki,Türkiyədə 2001-ci il böhranı zamanı dövlət banklara birbaşa yardım əvəzinə depozitorların banklarda batan bütün depozitlərini faiz və məbləğdən asılı olmayaraq ödəmişdi. Fazi və məbləğdən asılı olmayaraq bütün depozitlər dövlət zəmanəti altında idi. Bu isə bank sektorunda depozit qaçışının qarşısını alan əsas amil oldu ki,nəticədə digər banklar yüksək likvidlik riskinə məruz qalmadılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259