ANALİTİKA

2008-ci ildəki böhrandan sonra ilk dəfə
18 YANVAR
357

2008-ci ildəki böhrandan sonra ilk dəfə

2018-01-18 12:50:00

2017-ci ili, yaxşı və pis geridə buraxdıq. İqtisadiyyat baxımından 2017-ci ildə həqiqətən də ABŞ-dan Yaponiyaya qədər inkişaf etmiş bütün ölkələrdə iqtisadi fəallıq sürətləndi. Çox deyil, hələ 5-6 il əvvəl Yunanıstan, Portuqaliya, İrlandiya böhran içində olduğu bir vaxtda , Avropa Birliyi 2.1 % böyüyən bir iqtisadiyyat halına gəldi. ABŞ-da son 35 ilin, Yaponiyada son 24 ilin ən aşağı işsizlik rəqəmləri qeydə alındı. "Brexit" qərarı Avropa Birliyinə sağol deyən və investorların ciddi daralma gözlədiyi İngilis iqtisadiyyatında da 1.4 faizlik böyümə oldu.

İnkişaf edən ölkələr keçmiş parlaq günlərini axtarsalar da, 2017-ci ildə Çin 6.5-7 faiz böyümə Hindistan, İndoneziya və Türkiyə kimi ölkələr 5-6 faiz səviyyələrində iqtisadi artım göstərdi. Braziliya və Rusiya iqtisadiyyatlarında 2016-cı ildəki azalmaya bu il son qoyuldu. Əmtəə əsaslı inkişaf edən ölkələrin iqtisadiyyatlarında da (Səudiyyə Ərəbistanı başda olmaqla) 2014-cü ildə başlayan azalma, əmtəə qiymətlərindəki yüksəlişin təsiri ilə 2017-ci ildə artima səbəb oldu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267