ANALİTİKA

Müasir iqtisadi şəraitdə dəniz nəqliyyatının inkişafında marketinq anlayışı və təhlili
19 DEKABR 2017
313

Müasir iqtisadi şəraitdə dəniz nəqliyyatının inkişafında marketinq anlayışı və təhlili

2017-12-19 11:45:00

Hal-hazırda, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisələrdə, şirkətlərdə və təşkilatlarda satış fəaliyyətini idarə etmək üçün marketinq xidmətlərinin rolu böyükdür. Bu, fəaliyyət istiqaməti təkcə kommersiya strukturlarında deyil həmçinin dövlət, sənaye, nəqliyyat, humanitar və s. təşkilatlarda da əhəmiyyətli rola sahibdir. Müəllif məqalədə nəqliyyat bazarını öyrənməyə çalışmış, dəniz nəqliyyatının üstün və zəif yönlərini müəyyən meyarlar üzrə göstərmiş, dəniz nəqliyyatı bazarının rəqabət imkanlarını qeyd etmiş, həmçinin bu nəqliyyat növünün ölkə iqtisadiyyatı üçün təsir edəcək müsbət faydalarına toxunmuşdur.

Ölkəmizdə dəniz nəqliyyatının və ya gəmiçiliyin rəsmi yaranma tarixi 1858-ci il Rusiya senatının fərmanı ilə «Qafqaz və Merkuri» Səhmdar Dənizçilik Cəmiyyətinin fəaliyyəti ilə tarixə düşmüşdü. Xəzər Dəniz Gəmiçiliyi 1992-ci ilə qədər SSRİ Dəniz Donanması Nazirliyinin tərkibindəki 17 gəmiçilik idarəsindən biri idi. SSRİ dağıldıqdan sonra 15 Sovet Respublikalarından 7-si SSRİ dəniz donanmasına varis oldu. Xəzərdə bu varislik ancaq Azərbaycana qismət oldu. 26 il ərzində çətin bir dönəmdən keçmiş ölkəmiz, artıq iqtisadi və siyasi azadlığı əldə etməsi ilə yanaşı həmdə ölkədə köklü dəyişikliklər aparmışdır. Bütün sahələrdə inkişaf etməkdə olan ölkəmiz nəqliyyat sahəsində də müəyyən uğurlu nəaliyyətlər əldə etmişdir. Nəqliyyat strukturları arasında ən qədim tarixə sahib olan dəniz nəqliyyatının fəaliyyəti ölkə iqtisadiyyatına və inkişafına əhəmiyyətli dərəcədə təsir edir. Son illərdə dəniz nəqliyyatına diqqətin artması, tranzit yüklərin əsas hissəsinin məhz dəniz nəqliyyatı ilə daşınması, ölkənin iqtisadi inkişafında əhəmiyyətli yer tutması bir daha bu sahənin təkmiləşdirilməsini tələb etdi. Ölkə başçısının apardığı düzgün siyasətin nəticəsi olaraq dənizçilik fəaliyyətinin yenidən yaradılması, təkmilləşdirilməsi və genişləndiriləməsi məqsədi ilə imzaladığı 2014 cü il əmri ilə ölkənin əsas və aparıcı 2 böyük dəniz donanmalarının birləşməsi nəticəsində yaradılmış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi dəniz nəqliyyatının prespektivlərini və imkanlarını daha da gücləndirdi. Eyni zaman da 2015 ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanın yaradılması bu sahənin ölkəmiz üçün strateji əhəmiyyətli olduğunu bir daha isbat etdi.

Dəniz nəqliyyatı xidmətində marketinq fəaliyyətinin rolu.

Tarix boyunca yük və sərnişin daşımasında dəniz nəqliyyatı daim istifadə edilmişdir. İlk yelkənli sallardan tutmuş günümüzün müasir texnoloji gəmilərinə kimi dəniz nəqliyyatı müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Qeyri şərtsiz demək olar ki, dünya ticarətinin inkişafı və tarixində dönüş nöqtələrindən biri olan coğrafi kəşflər, sənaye inqilabı və ardınca da buxarlı gəmilərin icadı dəniz nəqliyyatının inkişaf mərhələlrinə aiddir. Dünya ölkələrinə nəzər salsaq aydın şəkildə görünəcək ki, dəniz yolu imkanları geniş olan ölkələr sürətli inkişaf etmiş və sosial rifah hallarını yüksəltmişdirlər. Bunun əsas səbəbi odur ki, dünya ticarətinin inkişafında, ölkələr arası ticarətin qurulmasında, istehsalçı şirkətlərin öz məhsullarını digər ölkələrə daşımasında dəniz nəqliyyatının payı çoxdur. Dəniz nəqliyyatı rəqabətqabiliyyətli, qiymət baxımdan sərfəli, yükgötürmə imkanlarına görə üst səviyyədə duran həmçinin dünya yük daşımasının 84-85% bazarına sahib olan bir nəqliyyat növüdür.

Təbii ki, bugünkü rəqabətli bazarda yer almaq, bazar payını artırmaq, istehsal və xidmət müəssisələri üçün ən vacib strateji tələbə çevrilib. Hər bir müəssisənin qarşısında inkişaf prioriteti durur ki, bu da sonda müəssisə üçün mənfətin yaranmasına səbəb olur. Əgər müəssisə müəyyən bir zaman ərzində gəlir (mənfət) əldə etməzsə, gələcəkdə o fəaliyyətin davamlı olması şübhə altına düşür. Buna görə artıq müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin inkişaf etməsi üçün bir çox müasir tələblər var ki, onlar artıq müəssisə üçün məcburi xarakter daşıyır. Bunlardan ən vacibi və zəruri olanı isə müəssisələrdə marketinq fəaliyyətinin təşkili və idarə olunmasıdır.

Hər bir müəssisənin iri və kiçik, kommersiya və ya qeyri kommersiya, yerli və ya xarici olmasından asılı olmayaraq uğur qazanmasında müasir marketinq metodları mühüm əhəmiyyət kəsb edir. (1)

Marketinq sözü (ing. dilində marketing- bazarlama) Azərbaycan dilində tərcümədə uyğun ekvivalneti tapmadı və buna görə də ingilis dilində olduğu kimi səsləndirildi. Amma daha geniş ifadələrlə marketinqi “bazar iqtisadiyyatı şəraitində müəssisələrin iqtisadi üsullarla idarəedilməsi” kimi anlamaq mümkündür.

Marketinq XX əsrin əvvəllərindən etibarən ölkələrin iqtisadi inkişafından, iri həcmli istehsal müəssisələrinin qurulmasından, kəsin rəqabət şəraitinin formalaşmasından, təklif bazarlarının tələb bazarlarını üstələdiyi bir zaman da müstəqil bir fəaliyyət kimi ortaya çıxdı. Ümumiyyətlə marketinq digər sahələrdən fəqli olaraq istehlakçılarla (müştərilər) daha çox məşğul olur və onların maraqlarına uyğun fəaliyyətini təşkil edir. Marketinqin 2 əsas məqsədi vardır:

  1. Xidmət və ya məhsula yeni istehlakçılar cəlb etsin;

  2. Mövcud istehlakçıları məmnun etməklə öz tərəfində saxlasın.

Bir çoxlarımız marketinqin satış və reklamdan ibarət olduğunu düşünürük. Buda normal bir haldır. Çünki bizə gün ərzində radio, televiziya, telefon zəngləri və müxtəlif formalarda satış hücumlarına məruz qalırıq. Amma əslində marketinq fəaliyyəti çox geniş və şaxəli bir sahədir. Hansı ki, özündə bir çox mütəxlif sahələri cəmləşdirir. Aşağıdakı qrafikdən aydın görsənir ki, marketinq fəaliyyətinə daxil olan strukturlar və fəaliyyət sferaları hansılardır.

Qrafik 1. 

 Bir çox fəaliyyətləri özündə birləşdirən marketinq hər bir müəssisə üçün vacib struktur olmaqla yanaşı gələcəkdə müəssisə rəhbərinin düzgün qərar verməsi üçün bazarla bağlı olan məlumatlar, müştərilərlə bağlı olan məlumatlar və satışla (tələblə) bağlı olan əhəmiyyətli məlumatlar məhz bu sahədə cəmləşir. Bunlarla yanaşı marketinq fəaliyyət dairəsinə aşağıdakı fəaliyyətləridə daxil etmək lazımdır:

  • xarici ətraf mühitin təhlili;

  • bazarın araşdırlıması və tədqiqatları;

  • müəssisənin daxili mühitinin təhlili;

  • bazar seqmentasiyası və hədəf bazarının seçilməsi;

  • müəssisənin marketinq fəaliyyət planının hazırlnması;

  • xidmət və məhsul seqmentasiyası və çeşidlənməsi;

  • xərc təhlilləri və qiymət siyasəti;

  • satış planlaması və satış kanallarının yaradılması;

  • bazarda mal və ya xidmətin reklam və tanıtım təşviqi. (1)

Nəqliyyat bazarının nəqliyyat növləri üzrə seqmentləşdirilməsi.

Bildiyimiz kimi nəqliyyat növlərinə görə dəniz nəqliyyatı, hava, avtomobil nəqliyyatı, kəmər və dəmir yolu nəqliyyatlarına bölünür. Boru kəmər nəqliyyatından başqa digər nəqliyyat xidmətləri bazarının seqmentləşdirilməsi iki istiqamət üzrə qruplaşdırılır ki, bunlarda sərnişin və yük daşımalarıdır.

Nəqliyyаtdа mаrкеtinq fəаliyyətinin əsаs funкsiyаlаrınа аşаğıdакılаrı аid еtməк оlаr:

  • bаzаrın коmplекs araşdırılması, öyrənilməsi və tədqiqi;

  • istеhsаlın bаzаr tələblərinə uyğunlаşdırılmаsı;

  • nəqliyyаt хidmətlərinin bаzаrа irəlilədilməsi.

Hər bir nəqliyyat növünün özünəməxsus üstünlükləri vardır ki, bunlarıda aşağıdakı cədvəldə vacib meyarlar üzrə təhlil xarakterində verilmişdir.

Ayrı-ayrı nəqliyyat növlərinin reytinqi

Göstəricilər

Nəqliyyat növləri

Dəmir yolu

Avtomobil

Dəniz

Hava

Sürət

3

2

4

1

Yüкgötürmə qаbiliyyəti

1

4

2

3

Səmərəliliк

2

3

1

4

Sərnişinlər üçün təhlüкəsizliк

1

3

2

4

Екоlоji təhlüкəsizliк

1

2

3

4

Mаnеvriliк

3

1

4

2

Təbii – iqlim аmillərindən аsılı оlmаmаq

1

2

3

4

Əslində cədvəldə hər bir nəqliyyat növünün öz üstün olduqları və zəif olduqları məqamlar var, amma təbii ki, bunlar o nəqliyyat növünün mənfi və ya müsbət olmasını təyin etmir. Bu gösətricilər xidmətədən istifadə edən şəxslər və şirkətlərin qarşılarına qoyduqları meyarlar üzrə təsnifləşir və onların istəklərinə görə üstün və zəif tərəfləri müəyyən olunur. Cədəvələ nəzər salsaq hava nəqliyyatının sürətli olması üstünlükdürsə, səmərləlik, ekoloji təhlükəsizlik və başqa göstəricilər üzrə geridə qalmışdır. Dəniz nəqliyyatı isə orta mövqedə yer alır, yük götürmə qabiliyyəti, təhlükəsizlik, səmərəlilik kimi göstəriciləri üstünlük təşkil etdiyi üçün sərfəli nəqliyyat növü kimi istehlakçılar tərəfindən qiymətləndirilir.

Respublikamızda yük daşımaları dövriyyəsinə görə 3 cü yerdə qərarlaşan dəniz nəqliyyatı aşağıdakı daşıma növlərinə bölünür.

  • portlararası daşıma - kiçik kabotaj. Bir dənizin iki portu arasında həyata keçirilən daşımalar portlararası daşımalar hesab olunur. MəsələnBakı – Türkmənbaşı , Bakı - Mahaçqala və Bakı - Həştərxan;

  • birbaşa daşıma – böyük kabotajMüxtəlif dənizlərlə respublika limanları arasındakı daşımalar birbaşa daşımalar adlanır.MəsələnBakı - Həştərxan - Volqoqrad - Rostov - Novorossiysk;

  • qarışıq daşımalarDəniz – çay - dəmir yolu – avtomobil nəqliyyatı ilə daşımalara qarışıq daşımalar deyilirMəsələn,Rostov - Bakı (Volqa çayı) – Türkmənbaşı (Xəzər dənizi);

  • xarici daşımalarXəzər dənizinin sahilindəki limanlarla xarici ölkələrin dəniz limanları arasındakı yükdaşımalar xarici yükdaşımalar adlanır. (2)

Dəniz nəqliyyatı yoları təbii yollar kateqoriyasına aiddir ki, buda dənizlərdən, okeanlardan ibarətdir. Dəniz yolları ciddi ilkin investiya, cari təmir və əlavə xərclər tələb etmir. Bu üstün hallar dəniz nəqliyyatının daşınma bazarında lider olmasının ən vacib meyarıdır.

Ölkəmizdə dəniz nəqliyyatı və ya gəmiçilik fəaliyyətinin üstün və zəif cəhətləri vardır ki, bunları da GZİT (SWOT) təhlildə görmək olar. Bu təhlil forması ilə biz dəniz nəqliyyatının güclü tərəflərini, zəif tərəflərini, imkanlarını və təhlükələrini qısa şəkildə göstərməyə çalışacağıq.

 

Qrafik 2.

 

GZİT təhlilin əsas kompanetləri.

 


Mənbə: Transpotnıy marketinq; В.Г. Галабурды; Moskva 2011; səh. 151-152

Cədvəldə GZİT təhlilin hansı əsas tələb meyarları göstərilmişdir. Bununla yanaşı aşağıda isə daha detallı və geniş formada təhlilin qruplar üzrə açıqlamasını görəcəyik. Qeyd edilmiş siyahını daha da geniş şəkildə yazmaq mümkündür. (3)

Dəniz nəqliyyatının güclü tərəfləri aşağıdakılardır:

  • Ölkədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi 160 illik tarixi müəssisənin olması;

  • Bakı Beynləxalq Ticarət Limanının yaradılması və başqa limanların olması;

  • Azad Ticarət Zonasının yaradılması;

  • Dəniz nəqliyyatı mütəxəssislərinin yetişməsi üçün Ali təhsil mərkəzinin olması (Azərbaycan Dövlət Dəniz Akademiyası);

  • Dənizçilərin hazırlanması və sertifikatlaşdırılması ilə bağlı Təlim Tədris Mərkəzinin olması;

  • İri həcmli gəmi təmir zavodlarının olması;

  • Tranzit yüklərin daşınmalar üçün əlverişli coğrafi mövqedə olması;

  • İpək yolu” layihəsində ölkəmizin Avropa və Asiya arasında körpü rolunda olması;

  • Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti (gəmi tikinti zavodu)

  • Neft ixrac edən ölkə olması;

  • Dəniz nəqliyyatının investiyası tələbinin az olması;

  • Dəniz nəqliyyatının tariflərinin daha ucuz və sərfəli olması;

  • Dünya yük dövriyyəsinin 85%-nin dəniz nəqliyyatı ilə daşınması;

  • Gəmilərin böyük yükgötürmə qabiliyyətinə görə yüksək məhsuldarlığı;

  • İşin fasiləsizliyi (dəniz nəqliyyatı sutkada 24 saat işləyir);

  • Hava şəraitindən qeyri -əhəmiyyətli dərəcədə asılılığı;

  • Tələbdən asılı olaraq bir yerə daha tez səfərlər etmə qabiliyyəti (gəmini dünyanın istənilən nöqtəsinə göndərmək olar);

  • Təcrübi olaraq dəniz əlaqə yollarının buraxma qabiliyyətinin qeyri-məhdudluğu.

Dəniz nəqliyyatının zəif tərəfləri aşağıdakılardır:

  • Nisbətən aşağı sürət (yük gəmiləri üçün 18 – 20 uzel, uzel = mil/saat, dəniz mili = 1837 m);

  • Müqayisədə böyük olmayan hərəkət sıxlığı (ancaq birdəfəlik böyük miqdarda yükü daşıya bilir);

  • Daşıma zamanı yüklərin diqqətlə (səliqəli) qablaşdırılması tələb olunur;

  • Ölkəmizin bir başa okena çıxışının olmaması;

Dəniz nəqliyyatının imkanları aşağıdakılardır:

  • Azad Ticarət Zonasının fəaliyyətinin təşkili;

  • Müasir gəmilərin tikilməsi;

  • Ölkəmizin iqtisadi imkanlarının genişlənməsi və ölkələr arası iqtisadi əlaqələrin qurulması;

  • İpək yolunun yenidən fəaliyyətinin bərpası;

Dəniz nəqliyyatının təhlükələri aşağıdakılardır:

  • Okean suallarına çıxışın digər ölkələrdən asılı olması Volqa-Don kanalı (qonşu ölkə ilə siyasi fikir ayrılıqları olduğu halda kanalın istifadəsi məhdudlaşa bilər)

Bu təhlilin nəticəsində dəniz nəqliyyatının strateji əhəmiyyəti müəyyən olunur və onun əsasında strategiya hazırlanaraq fəaliyyət planı tərtib olunur. Strateji planlaşdırmada aşağıdakı mümkün strategiyaları ayırmaq olar.

  • bazara dərin nüfuz;

  • texnoloji strategiya;

  • aşağı qiymət strategiyası;

  • məhsul yenilik strategiyası;

  • əməkdaşlıq strategiyası;

  • diversifikasiya strategiyası;

  • beynəlxalq və qloballaşma strategiyası.

Strateji planlaşdırmanın son mərhələsi fəaliyyət proqramının hazırlması və büdcəsinin təyin edilməsidir. Fəaliyyət proqramının hazırlanması zamanı mütləq şəkildə müəyyən edilmədir ki, nə ediləcək, kim edəcək, hansı zaman ərzində ediləcək və ən əsası bu addım nə qədər xərc tələb edəcək. Bu fəaliyyət proqramının əsasında qarşıya qoyulmuş məqsədə hansı zaman da kim tərəfindən və hansı büdcə ilə həyata keçirmək mümkün olacaq kimi sualların cavabını tapmış olacağıq.

Müasir dövrdə iqtisadi münasibətlər sistemin inkişafı əlaqədar olaraq ölkədə fəaliyyət sahəsindən asılı olmayaraq müxtəlif fəaliyyət sahələri yaranmaqdadır. Amma bu müəssisələrin gələcəkdə uğurlu olub olmaması barədə hər hansı bir fikir demək mülahizə yürütmək çox çətin və demək olar ki, mümkün deyil. Ümumiyyətlə təcrübələr göstərib ki, hər bir müəssisəni inkişafa aparan bir çox zəruri amillər var. Bu amillərə misal olaraq idarəetmə keyfiyyəti, peşəkar kadrların cəlb edilməsi, müasir texnologiya və texnikadan istifadə, beynəlxalq standartların tələbinə cavab verən məhsul istehsalı və təbii ki, ciddi şəkildə bazarın öyrənilməsi kimi amillər müsir müəssisələrin inkişafına bir başa təsir edir. Həmçinin müəssisənin inkişafı üçün zərurət tələb edən, hətta məcbur xarakter daşıyan marketinq fəaliyyətidə bu amillər içərisində yer alır. Buna görə nəqliyyat sahısində eyni zaman da dəniz nəqliyyatı müəssisələrində marketinq fəaliyyəti təşkil olunmalıdır və mövcud struktur varsa da təkmilləşdirilməlidir. Belə ki, nəqliyyat bazarını dərindən təhlil və analiz etməklə, ölkənin dəniz nəqliyyatı ehtiyaclarını öyrənməklə və müştəri məmnuniyyətini öyrənməklə marketinq fəaliyyəti təkmilləşdirilməlidir. Əgər bu gösətrilmiş fəaliyyətlərə diqqət etsək onları düzgün tətbiq edib nəzarət etsək o zaman ölkəmizdə dəniz nəqliyyatının inkişafına həmçinin ölkə iqtisadiyyata ciddi müsbət təsir etmək mümkündür.

i.ü.f.d ƏLİZADƏ NAMIQ ZAHID oğlu

AXDG” QSC Azərbaycan Dövlət Dəniz

Akademiyasının Təlim Tədris Mərkəzinin

Biznes İnkişafı” Qrup Rəhbəri

[email protected]

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301