ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
25 SENTYABR
164

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-09-25 16:37:00

Fins.az sentyabr ayının 25-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
İstirahət günləri ərəfəsində geosiyasi vəziyyət yenidən gərginləşib: sanksiyaların sərtləşdirilməsindən sonra Şimali Koreya cavab hərəkətlərin olacağı ilə hədələdi. Bunun fonunda Amerika indeksləri beşinci günü hər iki tərəfə zəif dəyişikliklərlə bağladılar. S&P 500 dar dəhlizdə ticarət olunur, sessiyanın yekunlarına əsasən simvolik olaraq 0,06% artırıb. 
DJIA 0,04% düşüb. Almaniyada keçirilən seçkilərin nəticəsində bazar ertəsi səhər avro düşür: A.Merkelin partiyası səslərin az payı ilə qalib gəlmişdir, diqqət mərkəzində isə ultrasağçıların gözlənilmədən güclü nəticə göstərməsi olub. Asiya indeksləri düşürlər, Yaponiyanın Nikkei indeksindən başqa. Yaponiyanın baş naziri S.Abe iqtisadiyyatın stimullaşdırılması üzrə 2 trln. yen (18 mlrd. dollar) həcmində planlarını açıqlayıb. 
 
Neft 
Beşinci gün OPEC+ görüşündə iştirakçılar nə razılaşmanın uzadılmasınını, nə də ki hasilat üzrə məhdudiyyətlərin sərtləşdirilməsini müzakirə ediblər. RF-ın energetika naziri A.Novak bildirib ki, razılaşmanın prolonqasiyası yanvar ayından tez müzakirə olunmayacaq. Kartelin növbəti iclası noyabrın 30-na təyin olunub. Brentin barreli 57,6-57,7$ səviyyəsində ticarət olunur.      

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296