ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
21 SENTYABR
211

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-09-21 16:30:00

Fins.az sentyabr ayının 21-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Dünən FED iclasının nəticələrini dərc olunub. Faiz dərəcəsi gözlənildiyi kimi cari səviyyədə saxlanılıb (1,25%). ABŞ mərkəzi bankı dərəcələrin bu il artması ilə bağlı daha bir siqnal verib,
 həmçinin oktyabr ayını balansın azaldılmasının başlanğıcı kimi müəyyənləşdirib. Amerika indeksləri zəif plyusda bağlanıblar, Nasdaq Apple səhmlərinin təzyiqi altında bir qədər düşüb. Dərəcələrin ilin sonunadək qalxması ehtimalı dollara dəstək verib. Yaponiya bankı isə pul siyasətini dəyişmək planlarını nümayiş etdirməyib. Bunun fonunda Yena Nikkei indeksinə dəstək verərək düşüb. Asiya-Sakit okean regionunun digər indeksləri əsasən aşağıya doğru hərəkət ediblər.

Neft
ABŞ Energetika Nazirliyinin hesabatına əsaslanaraq xam neftinin ehtiyatları proqnozlardan 4,6 mln.barrel daha çox qalxıb. Benzin ehtiyatı 22 ayının minimum səviyyəsinə çataraq 2,1 mln. barrel düşüb, distillat ehtiyatı isə 5,7 mln. barrel azalıb. Brentin barreli hazırda 55,9səviyyəsindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285