ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
20 SENTYABR
204

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-09-20 15:27:00

Fins.az sentyabr ayının 20-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Amerika indeksləri qalxaraq növbəti dəfə tarixi maksimumları yeniləyiblər. Asiya indeksləri isə səhərə yaxın müxtəlif istiqamətlərdə ticarət olunublar. D.Trampın BMT assambleyasında sərt tonuna Şimali Koreya tərəfindən əks reaksiyasının olmaması fonunda qlobal investorların diqqəti mərkəzində FED iclasının nəticələridir, fokusda isə tənzimləyici tərəfindən balansın azaldılması planı yer alıb.  
Neft
Mənbələrə və şirkətlərin öz məlumatlarına əsasən ABŞ-ın ondan artıq yanacaq istehsalçıları payız profilaktik işlərini bir neçə həftə və ya ar təxirə salıblar. Dünən çixan Amerika neft institutunun məlumatları neftin ucuzlaşmasını dayandırıb, ehtiyatlar gözlənildiyindən daha az artıb. Brentin barreli 0,8% qalxır və hazırda qiymət 55,8$ səviyyəsindədir. Energetika Nazirliyinin rəsmi statistikası günün ikinci yarısı dərc olunacaq.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289