ANALİTİKA

2017-ci ilinin tədbirləri çərçivəsində Istehlak mallarının istehsalına dair cəmi 6% iş icra edilib
12 SENTYABR
79

2017-ci ilinin tədbirləri çərçivəsində Istehlak mallarının istehsalına dair cəmi 6% iş icra edilib

2017-09-12 11:41:00
Fins.az xəbər verir ki, 2017-ci ilin ilk 6 ayı ərzində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə 2017-ci vəsonrakı illər üçün müəyyən edilmiş tədbirlərin faizi icra edilmiş, 42 faizinin icrasına başlanılmışdır.
Sahibkarlığın inkişafına, bu sahədə operativliyin əldə olunmasına, elektron xidmətlərə keçidə və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsinə imkan verəcək vahid məlumat portalının yaradılması məqsədilə sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud portallar, o cümlədən onların vasitəsilə təmin edilən elektron xidmətlər araşdırılmış və ilkin təkliflər hazırlanmışdır. Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı üzrə İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanmışdır.
Bundan əlavə, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanmış, layihədə kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq subyekti olan malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanmış, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 667-VQ nömrəli Qanunu qəbul edilmişdir. Eyni zamanda, sahibkarların elektrik şəbəkəsinə çıxışının asanlaşdırılması məqsədilə “ASAN kommunal” mərkəzlərində texniki şuralar yaradılaraq fəaliyyətə başlamışdır. Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə texniki- iqtisadi əsaslandırma (TİƏ) həyata keçirilmişdir. Lisenziyaların və icazələrin elektron qaydada verilməsi məqsədilə “Lisenziyalar və icazələr” portalının yaradılması ilə bağlı işlər davam etdirilir.
“KOS” kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları" nəzərə alınmaqla “KOS” abbreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə bağlı layihə hazırlanmış və Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemində “KOS” abbreviaturasının tətbiqinə başlanılmışdır. Bundan əlavə, qanunvericilikdə KOS-un meyarları ilə bağlı fərqli halların olduğu nəzərə alınaraq, vahid prinsiplərin tətbiqi məqsədilə müvafiq normativ hüquqi aktların layihələri hazırlanmışdır.
Ölkədə sahəvi assosiasiyaların təşviqi ilə bağlı görülən tədbirlər çərçivəsində “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın və “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın təsis olunması dəstəklənmişdir. Bundan əlavə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərindəki Regional İnkişaf Mərkəzlərində biznes inkubatorları yaradılmış, gənclər arasında sahibkarlıq ruhunun aşılanması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənməsi, biznes assosiasiyalarının hüquqi statusu ilə bağlı beynəlxalq təcrübə araşdırılmışdır.
 
Əsas problemlər:
  1. 2016-cı ildə TİT modelinin tətbiqi ilə əlaqədar zəruri normativ hüquqi aktların qəbul edilməsinə baxmayaraq, konkret layihələrin adıçəkilən model əsasında həyata keçirilməsinə başlanılmamışdır.
  2. Mərkəzləşdirilmiş KOS agentliyinin, KOS subyektləri üçün özəl investisiyalara əsaslanan yeni özəl sənaye klasterlərinin, model müəssisənin, iflas reyestrinin, kredit zəmanət fondunun yaradılması istiqamətində işlər sürətli şəkildə getmir.
  3. Milli innovasiya siyasətinin tərkib hissəsi sayılan biznes inkubatorların yaradılması və təşkili mexanizmi beynəlxalq təcrübəyə uyğunlaşdırılmamış, startap layihələrinin dəstəklənməsi istiqamətində iş Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmamışdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293