ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
08 SENTYABR
204

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-09-08 14:16:00

Fins.az sentyabr ayının 08-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
AMB faiz dərəcələri cari səviyyədə saxladı və iqtisadiyyatın stimullaşdırılması üzrə tədbirləri dəyişməz olaraq saxladı. 
M.Draginin “göyərçin” ritorikası avronu üç illik maksimuma yönəltdi. Bunun fonunda Avropa ticarət meydanları əsasən neqativ dinamika nümayiş etdirdilər. Amerika indeksləri dördüncü günü dəyişikliksiz bağladılar, investorlar İrma qasırğasının təhlükəsi altında gözləmə mövqeyi tutublar. ABŞ dövlət istiqrazlarının gəlirliyi 2% qalxıb, bu AMB-ın iclasından sonra tələbatın kəskin artması fonunda baş verib. Asiya-Sakit okean regionu qarışıq dinamika nümayiş etdirir: Tokio, Sidney və Seul indeksləri Amerika bençmarklarının fyuçersləri ilə birgə aşağı düşürlər, eyni zamanda Çin səhmləri müxtəlif istiqamətlərdə ticarət olunurlar.

Neft
Uzun istirahət günləri ilə əlaqədər gec çıxan ABŞ Energetika Nazirliyinin həftəlik hesabatı xam neftinin ehtiyatlarının 4,6 mln. barrel artmasını göstərib, proqnozlar isə 4,0 mln. barrel gözləyirdilər. Benzin ehtiyatı keçmiş fırtına fonunda 3,2 mln. barrel azalıb, distillat ehtiyatı isə 1,4 mln. barrel azalıb. Brent mülayim plyusda ticarət olunur, hazırda bir barellin qiyməti 54,6-54,7$ səviyyəsində ticarət olunur. 

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293