ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
29 AVQUST
152

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-29 14:59:00

Fins.az avqust ayının 29-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Amerika indeksləri bazar ertəsi xüsusi dinamika göstərməyiblər, S&P 500 və DJIA sessiyanı sıfıra yaxın bağladılar, beşinci günün bağlanışına cüzi dəyişikliklərlə.
Sığorta şirkətlərinin səhmləri enmə liderləri sırasında yer aldılar. Geosiyasət yenidən birinci plana keçir: Yapon KİV-ləri məlumat veriblər ki, Şimali Koreya tərəfindən buraxılmış raket Xokkaydonun şərq sahillərinə enib. Xəbər Amerika fyuçerslərinə və Asiya səhmlərinə təzyiq göstərib, Cənubi Koreyanın Kospi indeksi məlumatlar dərc olunandan sonra enmə liderləri sırasında yer alıb, lakin sonradan biraz korreksiya olunub. Müdafiə aktivləri Yena və Qızıl ənənəvi olaraq yaranmış vəziyyətə artımla reaksiya veriblər.
 
Neft
Dünən Liviyanın eyni zamanda bir neçə neft yataqlarında neft təchizatı ilə bağlı fors-major elan olunub, bu neft kəmərlərinin blokadası səbəbindən baş verib. BƏƏ OPEC+ razılaşması çərçivəsində 2017-ci ilə qədər neft ixracının azaldılmasını elan ediblər. Xarvi qasırğasının fəsadları Texasın neft emalı infrastrukturuna təzyiq göstərməyə davam edir, boru kəmərlərinin və terminalların işi pozulub, həsabatlara əsasən, sənayənin 10%-dən çoxu iflic olub. Xəbərlərə görə fırtına güclənir. Bunun fonunda benzin fyuçersləri rallinin davam etdiriblər. Hal-hazırda Brentin barreli 51,5$ səviyyəsindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293