ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
28 AVQUST
157

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-28 15:15:00

Fins.az avqust ayının 28-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
ABŞ indeksləri beşinci günü zəif plyusda bağladılar, bu C.Yellenin Jackson Hole-da verdiyi gözlənilməz olan mülayim şərhləri fonunda, həmçinin Milli iqtisadiyyat şurasının direktoru Q.Konun vergi islahatlarının keçməsini gözlədiyi haqda verdiyi bəyanətləri fonunda baş verib. AMB-nin başçısı M.Dragi Avro haqqında neqativ şərh verməyib, bu da vahid valyutaya dəstək olub. C.Yellen isə monetar siyasətinin sərtləşdirilməsi haqda heç bir şərh verməyib, bunun fonunda dollar 2,5 illik minimumlara qədər düşüb (Bloomberg Dollar Index). 
Asiya meydanları vahid dinamika göstərmirlər, eyni zamanda investorlar Xarvi qasırğasından baş verən ziyanı qiymətləndirirlər. Cənubi Koreyanın Kospi indeksi səhər aşağı doğru gedib, Tokionun Nikkei və Honq Konqun Hang Seng indeksi sıfırda ticarət olunubular, digər Çin indeksləri artım nümayiş etdirirdilər. 
Neft
Xarvi qasırğası neftin qiymətlərinə dəstək verməyə davam edib. Fırtına həftə sonu Texas sahillərinə çatıb, bazar iştirakçıları ABŞ neft emalçılarına dəyən ziyanı qiymətləndirirlər. 

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293