ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
23 AVQUST
145

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-23 15:20:00

Fins.az avqust ayının 23-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Geosiyasət ikinci plana keçir, investorların diqqəti yenidən D.Trampın daxili siyasi planlarına yönəlib. Məlumatlara görə, ABŞ prezidenti və onun komandası çoxdan anons edilmiş vergi islahatları ilə bağlı irəliləyiş əldə ediblər. Bunun fonunda Amerika indeksləri qalxıblar, Avropa bençmarkları da onların ardınca gedib. Honq Konq-da tufan səbəbindən ticarət ləğv edilib. Ümümi risk-on mühiti fonunda sessiyanı pozitiv başlayan digər Asiya səhmləri səhərə doğru artımı yavaşlayıblar. Bu geriləmə isə D.Trampın Şimali Amerika azad ticarət razılaşmasının dayandırılması planları haqda verdiyi şərhləri nəticəsində baş verib. Bunun fonunda Yena bahalaşıb, Amerika fyuçersləri eniblər, Meksika pesosu ucuzlaşıb. 
Neft
OPEC+ texniki komitəsi iyul ayında hasilatın azaldılması haqda razılaşmasının icra olunduğu barədə məlumat verib, 94% səviyyəsində. Amerika neft institutu xam neftinin ehtiyatlarının azlamasının davam etməsini proqnozlaşdırır, eyni zamanda benzin və distillat ehtiyatlarının isə artmasını gözləyir. ABŞ Energetika Nazirliyinin rəsmi statistikası bu gün dərc olunacaq.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293