ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
22 AVQUST
205

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-22 12:43:00

Fins.az avqust ayının 22-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Amerika səhmləri bir neçə gün düşdükdən sonra yenidən bahalaşmağa başlayıblar, bununla belə ticarət həcmləri orta aylıq göstəricisindən 15% aşağı olub. 
Avropa indeksləri növbəti dəfə eniblər. Asiya ticarət meydanları səhər aşağı həcmlərlə qarışıq dinamika nümayiş etdirirdilər. Bu həftə mərkəzi bankların başçılarının illik konfransı diqqət mərkəzindədir, iştirakçılar arasında FED-in sədri C.Yellen və AMB-nin başçısı M.Dragini qeyd etmək olar.
Neft
Liviyanın ən böyük neft yatağı Şarara neft kəmərinin blokadası səbəbindən təchizatı dayandırıb. Neftin kotirovkaları dünən 2%itirdikdən sonra səhər 0,6-0,7% artır, Brent hazırda 52$ səviyyəsində ticarət olunur.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291