ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
21 AVQUST
204

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-21 15:11:00

Fins.az avqust ayının 21-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Amerika indeksləri beşinci gün anında qalxıblar, bu D.Trampın müşaviri və baş strateqi, ziddiyətli fiqurlardan olan S.Bennonun istefası xəbərlərində baş verib, buna baxmayaraq ticarət sessiyası qırmızı zonada bağlanıb. Barselonada baş verən terror hücumundan sonra yaranan narahtlıqlar fonunda Avropa bençmarkları düşüblər. Asiya indeksləri qarışıq dinamika nümayiş etdirirlər, bu Koreya yarımadasında planlaşdırılan hərbi təlimlərin fonunda, həmçinin cümə günü Vayominqdə baş tutacaq mərkəzi banklarının başçıların görüşü ərəfəsində baş verir. Çin indeksləri qalxırlar, Tokio, Sidney və Seul bazarlarında səhmlər düşürlər. 

Neft

Baxmayaraq ki, ABŞ-da statistika həftəlik neft hasilatının iyun ayından ən böyük artımını göstərib, S.Bennonun istefası haqda xəbərlərin fonunda Brent ümümi rallinin ardınca may ayının sonundan ən maksimal səviyyəyə yüksəlib. Səhər kotirovkalar yenidən aşağıya doğru hərəkət etməyə başlayıblar.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291