ANALİTİKA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
17 AVQUST
137

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-17 15:22:00

Fins.az avqust ayının 17-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
ABŞ indeksləri artımı bərpa ediblər (+0,2% civarında), volatillik indeksi isə aşağı düşməyə davam edib. 
Avropa bazarlarında neqativ dinamika müşahidə olunub. Asiya meydanları müxtəlif istiqamətlərdə ticarət olunublar, artım liderləri sırasında texnoloji şirkətlərin səhmləri yer alıblar. FED-in son iclasının protokolu investorların bu il növbəti dəfə dərəcələrin qalxması ilə bağlı əminliyini azaldıb, bunun fonunda Dollar ucuzlaşıb, Yena isə möhkəmlənib.     
Neft
Diqqət mərkəzində keçən həftə xam neft ehtiyatlarının 8,9 mln. barrel azalmasını göstərən ABŞ Energetika Nazirliyinin həftəlik hesabatıdır. Benzin ehtiyatları ötən həftənin səviyyəsində qalıb, distillat ehtiyatları isə 0,7 mln artıb. Brentin qiymətləri dünən gün ərzində bir qədər qalxandan sonra, axşama aşağıya doğru korreksiya olundu. Hazırda Brentin qiyməti 50,1-50,2$ səviyyəsindədir. 

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292