ANALİTİKA

Gecə 2-də olan telefon zəngi neftin taleyini dəyişdi
03 DEKABR 2016
7796

Gecə 2-də olan telefon zəngi neftin taleyini dəyişdi

2016-12-03 12:07:00

Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə 02:00-də bir telefon söhbətiylə baş tutdu.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, OPEC-in noyabrın 30-da təşkil edilən toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi. Ümid verən açıqlamalar gəlsə də neft ölkələri hasilatın nə qədər azaldılması məsələsində bir nöqtəyə gələ bilmirdi. Hətta Rusiya və Braziliya kimi OPEC-ə daxil olmayan hasilatçılar belə bir araya gələ bilmirdilər.

Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbistanının Enerji naziri Xalid Al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət yaratdı.

Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi. Bloomberg'in yaydığı məlumata görə, Novak telefon söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək anlaşma üçün möhkəm zəmin yaradıb. Bunun qarşılığında Al-Falih də digər OPEC ölkələrini anlaşmaya razı salıb.

OPEC 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barel azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEC-ə daxil olmayan digər ölkələr də hasilatı günlük 600 min barel azaldacağını bəyan etdilər.

Anlaşmanın nə qədər uzunömürlü olacağına dair fikirlər səslənsə də, iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə edəcəyi ehtimal olunur. Görünən budur ki, bu açıqlamadan sonra neftin qiyməti 15 faiz artaraq 50 dolları keçdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287