ANALİTİKA

Azərbaycan dünyanın rəqabətqabiliyyətli ölkələr siyahısında irələyib
28 SENTYABR
447

Azərbaycan dünyanın rəqabətqabiliyyətli ölkələr siyahısında irələyib

2016-09-28 08:58:00
Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) qlobal rəqabətqabiliyyətlilik reytinqini açıqlayıb.
 
Fins.az xəbər verir ki, Azərbaycan reytinqdə ötən illə müqayisədə 1 pillə irəliləyərək 37-ci yeri tutub.
 
Postsovet ölkələrindən Azərbaycan Rusiya (43), Qazaxıstan (53) və Ukraynanı (85) qabaqlaya bilib.
 
Reytinqə ötən il olduğu kimi, İsveçrə başçılıq edir. İkinci və üçüncü yerləri Sinqapur və ABŞ bölüşür.
 
Qeyd edək ki, reytinq infrastrukturun, əmək bazarının səmərəliliyi, təhsil və səhiyyə sektorlarının keyfiyyəti, makroiqtisadi sabitlik və s. meyarlar əsasında hazırlanır.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272