ANALİTİKA

Ukrayna “İpək yolu” üçün endirimlər edəcək
26 AVQUST
276

Ukrayna “İpək yolu” üçün endirimlər edəcək

2016-08-26 09:13:00

Ukraynanın İnfrastruktur Nazirliyi  “İpək yolu” marşrutu çərçivəsində Çin-Ukrayna-Avropa İttifaqı layihəsi üzrə yüklərin daşınması üçün tarifləri aşağı salmaq niyyətindədir.

Bu barədə nazirliyin məlumatında bildirilir.   

Nazirlik Gürcüstan, Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edən  “İpək yolu” layihəsi üzrə yüklərin daşınmasında Çin şirkətlərinin iştirakının vacibliyini qeyd edib.      

Qeyd edək ki, 20 konteyner vaqonundan ibarət eksperimental qatar yanvarın sonunda Ukraynanın İlyiçevsk şəhərindən “İpək yolu” ilə - “Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin” (Xəsər və Qara dənizlərindən keçməklə) marşrutu üzrə yola düşüb. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272