ANALİTİKA

Hansı şəhərdə daha az işləyirlər? – ARAŞDIRMA
22 AVQUST
288

Hansı şəhərdə daha az işləyirlər? – ARAŞDIRMA

2016-08-22 15:07:00

Yüksək maaş, karyera və perspektivlərin arxası ilə qaçarkən, ofisdaxili həyatı haqda da unutmamalıyıq. Hansı millət neçə saat işləyir? Fins.az ən qısa  iş həftəsi olan ölkələrin siyahısını sizə təqdim edir.

Madrid

Həftədə iş saatlarının orta sayı: 33,28 saat 

İspaniyanın paytaxt əhalisinin əksəriyyəti günorta siestasız həyatlarını təsəvvür edə bilmirlər. Bu da sözsüz ki, iş həftəsinin uzunluğunda əks olunur.

Amsterdam

Həftədə iş saatlarının orta sayı: 33,2 saat

Niderlandın paytaxt əhli "turistlərdən qalma geri" istirahəti çox sevirlər. İl ərzində burada 1 726 saat işləyirlər, bu da dünya standartından 65 saat aşağıdır.

Münxen

Həftədə iş saatlarının orta sayı: 33,1 saat

Bavariyanın bu şəhəri yalnız Oktoberfesti ilə deyil, həm də gülərüz əhalisi ilə  yadda qalır. Sözsüz ki, ildə 29 bayram gününün olmasının bu işdə rolu böyükdür.

Brüssel

Həftədə iş saatlarının orta sayı: 33,02 saat

365 gün ərzində yalnız 18 bayram günü olmasına baxmayaraq, Brüssel əhalisi ildə ortaıama  1 717 saat işləyir.

Vilnüs

Həftədə iş saatlarının orta sayı: 33

Pribaltikanın praqmatık əhalisi əməklə istirahətin optimanl balansını tapıblar: burada orta hesabla dünya normasından 10% az işləyirlər.

Lüksemburq

Həftədə iş saatlarının orta sayı: 32,75 saat

İldə 31 bayram günü və 1  703 iş saatı — bununla kiçik dövlətin əhalisini bəxtəvər adlan

dırmaq olar.

Kopenhagen

Həftədə iş saatlarının orta sayı: 32,64 saat 

Kopenhagen dünyanın həyat üçün gözəl olan Top-10 şəhərlərin siyahısına daxildir. Və iş ili burada dünyadakından 11,4% aşağıdır.

Milan

Həftədə iş saatlarının orta sayı: 32,52 saat 

İtalyanın maliyyə mərkəzi statusu əhaliyə il ərzində işdə yalnız 1 691 saat keçirməyə mane olmur.

Vena

Həftədə iş saatlarının orta sayı: 32,27 saat

Avstriyanın əhalisi ilboyu ofislərdə yalnız 1 678 saat keçirirlər. 

Helsinki

Həftədə iş saatlarının orta sayı: 31,91 saat 

Finlandiyada iş günü beşgünlük əmək həftəsi ərzində yalnız 6,5 saat təşkil edir.

Moskva

Həftədə iş saatlarının orta sayı: 31,66 saat

Rusiyada bütün bayram günlərini saysaq heç də az rəqəm etmir: 31 gün. 

Lion

Həftədə iş saatlarının orta sayı: 31,36 saat

Lionlular işdə dünya standartından 16% az vaxt keçirirlər – ildə 1  630 saat. 

Paris

Həftədə iş saatlarının orta sayı: 30,84 saat

Fransuzlar istirahətdə davamlılığı üstün sayırlar. Parislilər dünya ilə müqayisədə 16% aşağı işləyirlər. 

Bakı 

Həftəlik normal iş vaxtının müddəti: 40 saat 

Azərbaycanlıları isə dünyanın ən işgüzar xalqı saymaq olar. İl ərzində təxminən  2 080 saat işləyirik. Ancaq bəzi sektorlarda bu rəqəm daha çox olur. Onlarda  günlük iş saatı 10-12 saat olur.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272