ANALİTİKA

Bakıda və dünyada “su pulu” - SİYAHI
16 MAY
5872

Bakıda və dünyada “su pulu” - SİYAHI

2016-05-16 08:33:00

Xəbər verdiyimiz kimi, Tarif (Qiymət) Şurasının qərarı ilə Azərbaycanda 1 kubmetr içməli suyun qiyməti 30 qəpikdən 35 qəpiyə, 1 kubmetr tullantı suyunun axıdılması qiyməti isə 6 qəpikdən 15 qəpiyə qaldırılıb. Beləliklə, indiyə qədər su təchizatı və kanalizasiya xidmətinin 1 kubmetrinə görə 36 qəpik ödəyən ölkə vətəndaşları bun dan sonra 50 qəpik xərcə düşəcəklər. Fins.az Modern.az-a istinadən dünyanın bir sıra şəhərlərində 1 kubmetr içməli suyun dollarla ifadədə qiymətlərini təqdim edir: 

Bakı (Azərbaycan) – 0,24 dollar

İstanbul (Türkiyə) – 2,05 dollar

Diyarbəkir (Türkiyə) – 0,90 dollar

Dehli (Hindistan) – 0,24 dollar

İrəvan (Ermənistan) – 0,36 dollar

Tbilisi (Gürcüstan) – 0,16 dollar

Bombey (Hindistan) – 0,22 dollar

Dubay (Birləşmiş Ərəb Əmirlikləri) – 2,25 dollar

Dəkkə (Banqladeş) – 0,21 dollar

Ciddə (Səudiyyə Ərəbistanı) – 0,03 dollar

Qahirə (Misir) – 0,10 dollar

Hanoy (Vyetnam) – 0,19 dollar

Laqos (Nigeriya) – 0,99 dollar

Şanxay (Çin) – 0,45 dollar

Tokio (Yaponiya) – 2,11 dollar

Quançjou (Çin) – 0,45 dollar

Manila ( Fillipin) – 0,32 dollar

Nayrobi (Keniya) – 0,48 dollar

Keyptaun (CAR) – 1,15 dollar

Banqkok ( Tailand) – 0,28 dollar

Moskva (Rusiya) – 1,5 dollar

Vladivostok (Rusiya) – 0,95 dollar

Berlin (Almaniya) – 6,43 dollar

London (Böyük Britaniya) – 3,80 dollar

Amsterdam (Hollandiya) – 5,29 dollar

Kopenhagen (Danimarka) – 7,38 dollar

Pert (Avstraliya) – 6,59 dollar

Nyu-York (ABŞ) – 3,27 dollar

Çikaqo (ABŞ) – 1,46 dollar

Los-Anceles (ABŞ) – 2,80 dollar

Mayami (ABŞ) – 1,15 dollar

Atlanta (ABŞ) – 6,30 dollar

Vankuver (Kanada) – 2,22 dollar)

Mexiko (Meksika) – 0,95 dollar

Boqota (Kolumbiya) – 2,09 dollar

Lima (Peru) – 0,79 dollar

La-Pas (Boliviya) – 0,32 dollar

Buenos-Ayres (Argentina) – 0,42 dollar

Rio-De-Janeyro (Braziliya) – 2,14 dollar

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272